“Xiaomi” Galaxy S25-ə rəqib hazırlayır – nazik, güclü və üçlü kamera ilə

“Xiaomi” 6,3 düymlük ekran, 50 MP üçlü kamera və HyperOS 3.0 ilə təchiz olunmuş yeni nazik və güclü flaqman təqdim etməyə hazırlaşır. Galaxy S25 üçün ciddi rəqib ola bilər.

01.05.25 - 10:33
 0  2
“Xiaomi” Galaxy S25-ə rəqib hazırlayır – nazik, güclü və üçlü kamera ilə
“Xiaomi”nin gələcək flaqman modelinə aid sızdırılmış görüntü @ixbt.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

“Xiaomi” Galaxy S25-ə rəqib hazırlayır – kompakt flaqman HyperOS 3.0 və 50 MP üçlü kamera ilə gəlir

“iXBT”-yə istinadən “Mediahub.az” xəbər verir ki, “Xiaomi” yeni nəsil flaqman smartfon üzərində işləyir və bu model birbaşa “Samsung Galaxy S25” ilə rəqabət aparacaq.

İnformasiyanı “Weibo” platformasında tanınan insayder Wisdom Pikachu paylaşıb. Onun sözlərinə görə, bu model 6,3 düymlük ekran, ultranazik çərçivə və üç ədəd 50 MP kameraya malik olacaq.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Ən diqqətçəkən məqam nədir? Smartfon sinfində ən böyük batareyaya sahib olacaq, üstəlik dizayn baxımından da “Xiaomi”nin “firma üslubu”nu daşıyacaq. Əməliyyat sistemi kimi isə HyperOS 3.0 (Android 16 əsasında) istifadə ediləcək.

İddialara görə, bu cihaz “Xiaomi 16” ola bilər. Rəsmi təqdimat tarixi hələ açıqlanmasa da, modelin bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.

Xatırladaq ki, həmin insayder “Xiaomi 13 Ultra” və “Pad 6” modellərinin təqdimat tarixlərini də öncədən doğru bildirmişdi.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.