Xiaomi Auto Çində 500 mininci avtomobilini istehsal xəttindən çıxardı
Xiaomi Auto Çində 500 mininci avtomobilini istehsal etdi. YU7 krossoverinə tələbat artmaqda davam edir, gözləmə müddəti isə hələ də uzun qalır.
Xiaomi Auto Çində 500 mininci avtomobilini istehsal xəttindən çıxardı
Xəbəri «CarNewsChina» yayıb. Xiaomi Auto-nun 500 mininci avtomobili Çində xəttdən düşüb. Bu nəticəyə şirkət ilk modelini satışa çıxardığı gündən cəmi 602 gün sonra çatdı. Maraqlıdır ki, yubiley avtomobili sürətlə populyarlaşan YU7 elektrik krossoveri oldu.
Xiaomi Auto ilk modelini - SU7 sedanını - 2024-cü ilin 28 martında satışa çıxarmışdı. Elə o vaxtdan iki növbəli istehsal gedirdi. İkinci model YU7 isə 2024-cü ilin 26 iyununda satışa buraxıldı və Tesla Model Y ilə rəqabət üçün nəzərdə tutuldu. Bu maşının kütləvi istehsalına zavodun ikinci mərhələsi cavabdehdir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Şirkət bildirir ki, hazırda illik istehsal gücü 350 min avtomobili aşır. Əvvəllər çatışmazlıq səbəbindən YU7 modeli üçün gözləmə müddəti 62 həftəyə qədər uzanmışdı. İndi bu rəqəm təxminən 32-38 həftə aralığındadır. SU7 sedanını əldə etmək üçün 6-31 həftə, SU7 Ultra üçün isə 6-9 həftə gözləmək lazım gəlir.
Yubiley buraxılışı məhz YU7 Max komplektasiyasında, zümrüd-yaşıl rəngdə hazırlanmış bir avtomobil olub. Karbon xarici paket, 20 düymlük disklər və sarı dörd porşenli əyləclər dəsti ilə təchiz edilən bu versiyanın təxmini qiyməti 362 900 yuan civarındadır. Tamötürücülü bu model 508 kVt güc (681 a.g.) və 760 km CLTC məsafə təqdim edir.
Xiaomi Group rəhbərliyi bildirir ki, şirkət bu həftə 350 min avtomobillik illik hədəfinə çatacaq. Lei Jun isə 2025-ci ilin sonuna qədər 400 mindən çox avtomobilin çatdırılmasını planlaşdırdıqlarını açıqlayıb. Qeyd edək ki, Xiaomi Auto 2025-ci ilin ilk üç rübündə ümumilikdə 265 minə yaxın avtomobil təhvil verib.
Şirkət 2027-ci ildə qlobal satışlara, xüsusilə də Avropa bazarına çıxmağı hədəfləyir. Hətta Lu Weibing bu plan çərçivəsində Almaniyada SU7 Ultra ilə iki günlük test yürüşü də edib. Bir sözlə, Xiaomi Auto-nun avtomobil sektorunda yüksəlişi hələ davam edir.
Bu xəbəri necə dəyərləndirirsiniz?

