Xiaomi 17 və Xiaomi 17 Ultra-nın qlobal buraxılışı 2026-ya qaldı

Xiaomi 17 və 17 Ultra-nın beynəlxalq buraxılışı 2026-cı ilin martına gözlənilir. Pro modelləri isə Çindən kənara çıxmayacaq.

01.12.25 - 09:19
 0  2
Xiaomi 17 və Xiaomi 17 Ultra-nın qlobal buraxılışı 2026-ya qaldı
Xiaomi 17 seriyasının qlobal buraxılışı ilə bağlı görüntü @notebookcheck.net

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Xiaomi 17 və Xiaomi 17 Ultra-nın qlobal çıxışı 2026-ya təxirə salındı

«Notebookcheck» yazır ki, Xiaomi 17 seriyasının beynəlxalq taleyi barədə yeni məlumatlar ortaya çıxıb. Şirkət Çində Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max modellərini artıq satışa çıxarmışdı.

Məşhur insayder Yoqeș Brar bildirib ki, Xiaomi 17 Ultra hazırda Hindistanda sınaqdan keçirilir. Cihazın Hindistan üçün 2512BPNDAI, Çin üçün 2512BPNDAC, qlobal bazar üçün isə 2512BPNDAG model nömrələri nəzərdə tutulub. Həmçinin Xiaomi 15-i əvəz etməli olan Xiaomi 17-nin Hindistan versiyasının testləri də gedir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Brarın sözlərinə görə, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max modelləri isə Çindən kənara çıxmayacaq. Deməli, bu seriyanın ikinci ekranlı yenilikçi texnologiyası qlobal istifadəçilərə çatmayacaq. Bir sözlə, bu qərar bir qədər məyusedicidir.

Məlumatlara əsasən, Xiaomi 17 və Xiaomi 17 Ultra-nın beynəlxalq təqdimatı 2026-cı ilin martında MWC 2026 çərçivəsində baş tuta bilər. Görünür, Xiaomi 17 Ultra-nın erkən Çin buraxılışı onun qlobal debütünü sürətləndirməyəcək.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.