“Wikipedia” süni zəkanı tətbiq edəcək – amma könüllüləri əvəz etməyəcək

“Wikipedia” növbəti 3 ildə süni zəkanı tətbiq edəcək, amma insan redaktorları əvəz etmək deyil, onların işini asanlaşdırmaq məqsədilə.

05.05.25 - 09:58
 0  4
“Wikipedia” süni zəkanı tətbiq edəcək – amma könüllüləri əvəz etməyəcək
“Wikipedia” süni zəka ilə bağlı yeni strategiyasını təqdim edir @techcrunch.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

“Wikipedia” süni zəka tətbiq edir – amma insan redaktorları əvəz etməyəcək

“TechCrunch” xəbər verir ki, “Wikipedia” 2025–2028-ci illər üçün süni zəka strategiyasını açıqlayıb. Əsas prinsip aydındır: süni zəka insanları əvəz etməyəcək, əksinə, onların işini daha rahat edəcək.

“Wikimedia Foundation” süni zəkanı tərcümə, yeni istifadəçilərin cəlbi və redaktorlar üçün texniki maneələrin aradan qaldırılması kimi sahələrdə tətbiq etməyi planlaşdırır. Eyni zamanda süni zəka, məqalələrin tapılmasını və məlumatın əlçatanlığını da yaxşılaşdıracaq.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Bəs nə dəyişəcək? Redaktorlar artıq texniki detallar barədə düşünmək əvəzinə konsensus və məzmunun keyfiyyətinə fokuslana biləcək. Avtomatlaşdırılmış iş axınları isə yorucu və təkrarlanan tapşırıqları yerinə yetirəcək.

Vikimedia-nın süni zəka rəhbəri Kris Albon bildirib ki, məqsəd – insan yönümlü yanaşma və açıq mənbəli süni zəka alətlərindən istifadədir. “Məxfilik, insan hüquqları və şəffaflıq əsas dəyərlər olaraq qalır” – deyə o qeyd edib.

“Wikipedia” hesab edir ki, generativ süni zəkanın yayıldığı dövrdə onun əsas dəyəri – dəqiq və etibarlı məlumat təqdim etmək – daha da önəm kəsb edir.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.