Wall Street kriptovalyuta ticarətinə qapı açır – SEC və CFTC qərarı
SEC və CFTC qərarına görə Wall Street birjalarında Bitcoin, Ethereum və digər kripto aktivlərin spot ticarəti mümkün olacaq, ETF-lər isə yaxınlaşır.

Wall Street birjaları kriptovalyuta ticarətinə açılır – SEC və CFTC addımı
«coinpedia» xəbər verir ki, ABŞ-ın iki əsas maliyyə tənzimləyicisi – SEC və CFTC, NYSE, Nasdaq, CBOE və CME kimi əsas birjalara spot kriptovalyuta ticarətinə icazə verib. Bu isə yaxın aylarda Bitcoin, Ethereum və digər aktivlərin Wall Street vasitəsilə alqı-satqısını mümkün edəcək.
Analitiklər qeyd edir ki, bu addım həmçinin ETF bazarında XRP, SOL, DOGE kimi tokenlərin də ön plana çıxmasına zəmin yarada bilər. İllərlə investorlar Vaşinqtondan ziddiyyətli siqnallar alsalar da, indi bu qeyri-müəyyənliyə son qoyulur.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
SEC sədri Pol Atkins bildirib ki, bu qərar kripto innovasiyasını ABŞ-a qaytarmaq üçün mühüm addımdır. Onun sözlərinə görə, treyderlər özgür şəkildə kripto aktivləri almaq və satmaq imkanı qazanmalıdır. CFTC rəhbərliyi isə vurğulayıb ki, “qarışıq siqnallar dövrü artıq başa çatdı”.
Tənzimləyici qurumlar birgə çalışaraq, spot bazara çıxışı asanlaşdırmaq və investorların birbaşa suallarına cavab vermək niyyətindədir. Bu təşəbbüs həmçinin SEC-in «Project Crypto» və CFTC-nin «Crypto Sprint» proqramlarının da tərkib hissəsidir.
Ən diqqətçəkən məqam ETF-lərlə bağlıdır. Hazırda SEC-də 90-dan çox spot kripto ETF müraciəti gözləyir. Buna görə də spot bazarın açılması, çoxlarının ümid etdiyi ETF təsdiqlərinin də yaxınlaşdığına işarədir.
Bir sözlə, illərlə müzakirə edilən Bitcoin və Ethereum ETF-ləri artıq ABŞ bazarında real görünür. Bazar indi suala cavab axtarır: bu addım kripto sektorunu silkələyəcəkmi?
Bu xəbəri necə dəyərləndirirsiniz?






