Wall Street-in 9 günlük Bitcoin hücumu: nələr baş verdi və niyə bu qədər sürətli oldu?
JP Morgan, Vanguard və Bank of America hərəkətə keçdi, retail isə geri çəkildi. 9 gündə Bitcoin-in institusional mərkəzə keçidi haqqında təhlil.
Wall Street-in 9 gündə Bitcoin-ə yönəli addımları: analitikdən sərt iddia
«Coinpedia» məlumatına görə, analitik Şanaka Anslem Perera 24 noyabr - 2 dekabr 2025 tarixləri arasında aparıcı maliyyə institutlarının Bitcoin-ə yönəlmiş addımlarını «praktiki olaraq udulma» kimi dəyərləndirib.
Pereranın sözlərinə görə, cəmi 216 saat ərzində JP Morgan, Vanguard, Bank of America və Goldman Sachs-ın ardıcıl addımları təsadüfi görünmürdü. JP Morgan BlackRock-un IBIT ETF-i ilə əlaqəli yeni leveraged strukturlu notlar təqdim etdi, Vanguard isə uzunmüddətli anti-kripto mövqeyini dəyişərək 11 trilyon dollarlıq platformasını Bitcoin, Ethereum, XRP və Solana ETF-lərinə açdı.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bank of America 15 min maliyyə məsləhətçisinə 1-4% Bitcoin tövsiyələrinə icazə verdi. Goldman Sachs isə Innovator Capital Management şirkətini 2 milyard dollara aldı. Bir sözlə, bu nəhənglərin eyni həftədə Bitcoin-ə yanaşması bazarda böyük dönüş kimi qiymətləndirilir.
Bu prosesdə pərakəndə investorlar isə əks istiqamətə hərəkət etdi. Noyabr ayında spot Bitcoin ETF-lərindən 3.47 milyard dollar çıxış oldu - rekord göstərici. IBIT təkbaşına 2.34 milyard dollar itirdi. Bunun fonunda Abu Dabi həmin rübdə Bitcoin ehtiyatını üç dəfə artırdı. Perera bunu «zəif əllərdən güclü əllərə keçid» adlandırır.
Analitik xatırladır ki, proses əslində 2024-cü ilin yanvarında ETF-lərin təsdiqi ilə başladı. Bu qərar Bitcoin-i banklar və brokerlər üçün sistemə birbaşa daxil edilə bilən maliyyə alətinə çevirdi. Nasdaq-ın IBIT opsion limitini 40 dəfə artırmaq təşəbbüsü, JP Morgan-ın yeni struktur notları və Vanguard-ın geri dönüşü bu keçidi sürətləndirdi.
Digər tərəfdən, MSCI-nin kripto aktivlərinin 50%-dən çoxunu saxlayan şirkətləri indeksdən çıxarma ehtimalı MicroStrategy (indiki Strategy Inc.) kimi şirkətlər üçün ciddi təzyiq yaradır. Potensial satışın 2.8-11.6 milyard dollar aralığında ola biləcəyi bildirilir.
Pereranın fikrincə, indi son maneə volatillikdir. IBIT üçün daha böyük opsion limitləri volatiliteni azaltmaq imkanı yaradır və bu da pensiya fondlarının, sığorta şirkətlərinin və iri sərvət idarəedicilərinin girişini asanlaşdıra bilər.
Əslində sual budur: Bitcoin həqiqətən dəyişdimi, yoxsa sadəcə onun ətrafındakı iqtisadi mexanizmlər Wall Street-in nəzarətinə keçdi? Perera deyir: «Bitcoin məğlub edilmədi. O, sadəcə ələ keçirildi».
Bu xəbəri necə dəyərləndirirsiniz?

