Veneranın altında nələr baş verir? NASA alimləri yeni aktivlik izlərini aşkar etdi

NASA-nın Magellan missiyasından əldə olunan məlumatlara əsasən, Venerada yeraltı aktivlik izləri müşahidə olunub. Alimlər “coronae” adlanan strukturların səbəbini açıqlayıb.

16.05.25 - 09:42
 0  7
Veneranın altında nələr baş verir? NASA alimləri yeni aktivlik izlərini aşkar etdi
NASA-nın Venera səthində aşkarladığı strukturlarla bağlı vizual təsvir @independent.co.uk

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Veneranın səthinin altında hərəkət var? NASA məlumatı yeni sirri açdı

“The Independent”-in xəbərinə görə, NASA alimləri Venerada yeraltı aktiv proseslərin izlərini aşkar ediblər.

Magellan missiyasının 30 il əvvəl topladığı məlumatlar əsasında aparılan analizlərdə “coronae” adlanan dairəvi quruluşların altında hərəkət edən mantiyaya bənzər materialın olduğu üzə çıxıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Bu quruluşlar Yerə bənzər tektonik fəaliyyətin ilkin forması ola bilər. 75 “coronae”dən 52-də bu cür aktivlik müşahidə olunub.

Aparıcı tədqiqatçı Gael Kasçoli bildirib ki, bu məlumatlar Yer tarixini də anlamağa kömək edə bilər – çünki “coronae” quruluşları Yer üzərində də keçmişdə mövcud olmuş ola bilər.

Alimlər 2031-ci ildən tez olmayaraq buraxılacaq NASA-nın VERITAS missiyasının bu araşdırmanı daha da dərinləşdirəcəyini gözləyir.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.