Ugreen 10.000mAh «EnergyPal Pro Mini» təqdim etdi – 55W güc və daxili kabel

Ugreen Çində 10.000mAh-lıq, 55W çıxış gücünə malik «EnergyPal Pro Mini» enerjibankını satışa çıxardı. Cihaz bütün əsas brendlərlə uyğun gəlir.

07.11.25 - 09:11
 0  1
Ugreen 10.000mAh «EnergyPal Pro Mini» təqdim etdi – 55W güc və daxili kabel
Ugreen-in yeni «EnergyPal Pro Mini» enerjibankı 55W çıxış gücü ilə @gizmochina.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Ugreen 10.000mAh «EnergyPal Pro Mini» təqdim etdi – 55W güc və kompakt dizayn

«Gizmochina» xəbərinə görə, Ugreen şirkəti yeni portativ enerjibank – «EnergyPal Pro Mini» (PB727) modelini təqdim edib. Cihaz 10.000mAh tutuma və 55W güc çıxışına malikdir. Satış artıq Çində başlayıb və qiyməti 199 yuan (təxminən 28 ABŞ dolları) təşkil edir.

Batareya yüksək sıxlıqlı 21700 tipli litium-ion hüceyrələrdən ibarətdir və 1000 dolumdan sonra tutumun 70 faizini saxlayır. Cihaz iki USB-C və bir USB-A portuna sahibdir – həm daxili, həm də ayrıca USB-C portları 55W sürətli enerjiləməni dəstəkləyir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

PD və PPS daxil olmaqla bir neçə sürətli enerji protokolu ilə uyğun olan model həm Apple, həm də Huawei, Xiaomi, Samsung kimi markaların smartfonları ilə işləyir. Hətta ağıllı saatlar və dronlar üçün də enerji mənbəyi ola bilər.

Cihaz 1,18 düymlük rəqəmsal displeylə təchiz olunub və burada enerji səviyyəsi, giriş və çıxış gücləri real vaxtda göstərilir. Tam dolma prosesi təqribən iki saat çəkir.

Korpus parlaq səthli PC+ABS materialdan hazırlanıb və yanğına davamlıdır (V-0 standartı). Daxili 22 sm-lik USB-C kabel həm daşıma qayışı kimi istifadə olunur, həm də uzunömürlüdür – 10.000-ə qədər bükülməyə tab gətirir.

Ölçüləri cəmi 90,3x50,5x33,5 mm, çəkisi isə 249 qramdır. Enerjibank iki çipdən ibarət qoruma sisteminə malikdir və artıq cərəyan, gərginlik və temperatur testlərindən uğurla keçib. Bir sözlə, həm etibarlı, həm də kompakt enerji mənbəyidir.

Qeyd edək ki, yaxın günlərdə XiaomiBaseus da oxşar yüksək güclü enerjibank modellərini bazara çıxarıb. Görünür, portativ enerji sahəsində rəqabət daha da qızışacaq.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.