Ubisoft maliyyə hesabatını təxirə saldı - şirkətdə nə baş verir?
Ubisoft yarımillik hesabatını son anda təxirə saldı və ticarəti dayandırdı. Şirkətin maliyyə taleyi barədə suallar çoxalıb.
Ubisoft yarımillik hesabatı təxirə saldı - bazarda narahatlıq artır
«TechSpot» xəbər verir ki, Ubisoft gözlənilmədən yarımillik maliyyə hesabatını təxirə salıb və həm səhmlərin, həm də istiqrazların ticarətini dayandırıb. Şirkət bildirir ki, nəticələrin dəqiqləşdirilməsi üçün əlavə vaxta ehtiyac var.
İnsider Gaming-in əldə etdiyi məktuba görə, Ubisoft-un maliyyə direktoru Frederik Düget işçilərə deyib ki, ticarətin dayandırılması bazarda mümkün dalğalanmaların qarşısını almaq üçündür. Bəs bu addım nə deməkdir? Sadəcə texniki gecikmə, yoxsa daha ciddi proseslərin başlanğıcı?
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Son illər vəziyyət ürəkaçan deyil. 2021-dən bəri Ubisoft-un səhmləri ardıcıl ucuzlaşır. Pandemiyadan sonrakı durğunluq, uğursuz satışlar və ləğv edilmiş layihələr şirkətin dəyərini beş ilə 90 faizdən çox aşağı salıb. Son bir ildə isə düşüş 50 faizə çatıb.
2022-dən bəri Ubisoft-un satın alınacağı barədə söz-söhbət kəsilmir. Ən real namizəd kimi Tencent göstərilir. Oktyabrda Far Cry, Assassin's Creed və Rainbow Six kimi iri franşizalar yeni yaradılmış Vantage Studios-un tərkibinə keçirildi və Tencent bu strukturun formalaşmasına 1.25 milyard dollar yatırdı.
Uzunömürlü nəhəng üçün bu vəsait az qala nəfəs borusu rolunu oynadı. Şirkət son illərdə böyük hit buraxa bilmir. 2022-2023 dövründə tam 7 layihə ləğv edildi. NFT istiqamətində aylarla aparılan iş isə 2024-cü ilin sonunda demək olar ki, heç bir maraq doğurmadı.
2024-cü ilin ən böyük ümidlərindən biri olan Star Wars Outlaws da gözlənilən uğuru gətirmədi. Oyun tam fiasko olmasa da, satışlar Ubisoft-un strategiyasını dəyişməyə məcbur etdi. İndi bütün gözlər növbəti iri layihəyə - Assassin's Creed Shadows-a çevrilib.
Gecikən hesabatın səbəbi barədə ən çox yayılan ehtimal mümkün satınalma olsa da, Origami Media-nın həmtəsisçisi Qotye Andres daha sərt ehtimal irəli sürüb: Tencent-in Vantage Studios-dan çəkilməsi. Bu variant real sayılmasa da, baş verəcəyi təqdirdə nəticə ağır olar. Bir sözlə, suallar çoxdur, cavablar isə hələlik yoxdur.
Bu xəbəri necə dəyərləndirirsiniz?

