“TRUMP” tokenindən milyonlar çıxarıldı – bazarda narahatlıq artır

“TRUMP” meme tokeninin arxasında duran komanda likvidlik hovuzundan 4,6 milyon dollar çıxarıb. Tokenin 320 milyon dollarlıq kilidinin açılmasından öncə bu hərəkət “rug pull” şübhələri yaradıb.

16.04.25 - 20:29
 0  9
“TRUMP” tokenindən milyonlar çıxarıldı – bazarda narahatlıq artır
“TRUMP” meme tokeni ilə bağlı bazar narahatlıqları @crypto.news

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

“TRUMP” token komandasından 4,6 milyon dollarlıq hərəkət – “rug pull” qorxusu artır

“Crypto.news”-ə istinadən “Mediahub.az” xəbər verir ki, “TRUMP” meme tokeninin inkişaf etdiriciləri likvidlik hovuzundan 4,6 milyon dollar dəyərində USDC çıxararaq investorlarda “rug pull” (bazardan ani çıxış) qorxusu yaradıb.

Məlumata görə, vəsaitlər Ethereum şəbəkəsinə birləşdirərək “Coinbase Prime” platformasına köçürülüb. Bu isə token komandası tərəfindən böyük satışa hazırlaşma ehtimalını gündəmə gətirib. İstifadəçilər arasında isə “Trump and dump move” kimi ifadələrlə narahatlıq artıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Hazırda “TRUMP” tokeninin qiyməti 24 saat ərzində 2.72% ucuzlaşaraq 7.87 dollara düşüb. Bu, onun 73.43 dollarla qeydə alınmış zirvə qiymətindən 90% aşağıdır. Lakin tarixi minimum olan 4.29 dollardan hələ də 83% yuxarıda qalır.

Bu hadisə 320 milyon dollar dəyərində 40 milyon tokenin kilidinin açılmasından cəmi bir gün əvvəl baş verib. Tokenlərin açılması aprelin 17-dən başlayaraq növbəti iki il ərzində davam edəcək. Həmin tokenlər “Trump Organization” ilə əlaqəli şəxslərə aiddir.

Hazırda tokenin bazar dəyəri 1.5 milyard dollardır və gündəlik ticarət həcmi 350 milyon dollar civarındadır. Analitiklər bildirirlər ki, bazarın növbəti hərəkətini izləmək üçün diqqət komandanın növbəti addımına yönəlib.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.