Tramp: «NVIDIA-Çin qarşıdurmasında mən sadəcə hakiməm»
Pekin «NVIDIA»nın «Blackwell» çipini qəbul etmir, Tramp isə özünü bu mübahisədə «hakim» adlandırıb. Süni zəka sahəsində ABŞ-Çin gərginliyi artır.
Tramp «NVIDIA-Çin» çip böhranında vasitəçi rolunu üzərinə götürdü
«Wccftech» xəbər verir ki, ABŞ prezidenti Donald Tramp «NVIDIA» ilə Çin arasındakı gərgin münasibətlərdə özünü «hakim» adlandırıb. Lakin görünür, problem Vaşinqtondan çox Pekindən qaynaqlanır.
Trampın sözlərinə görə, indi məsələ iki tərəf – NVIDIA və Çin arasında danışıqlar yolu ilə həll olunmalıdır. ABŞ hökuməti isə bu prosesdə sadəcə vasitəçi rolunda çıxış edir. Halbuki Pekin hələ də Amerika istehsalı süni zəka texnologiyalarına üstünlük vermir və Huawei kimi yerli alternativlərə güvənir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Qeyd olunur ki, Çin bir neçə aydır «NVIDIA»nın məhsullarından uzaq durur. Bu vəziyyət H20 süni zəka çipləri ilə bağlı tənzimləyici araşdırmadan sonra yaranıb. Nəticədə şirkətin bölgədəki bazar payı sıfıra düşüb, yeni B30A Blackwell çipi isə rədd edilib. Çipin performansı əsas modelin yarısı qədərdir və Çin şirkətləri artıq öz daxili texnologiyalarına güvənirlər.
«NVIDIA»nın rəhbəri Censen Huang son aylarda şirkətin çip portfelini yeniləyir, eyni zamanda daxili texnoloji baza qurur. Çində isə Cambricon, Moore Threads və BirenTech kimi firmalar süni zəka infrastrukturu üçün milyardlarla dollar sərmayə yatırır. Görünür, Pekin artıq öz texno-ekosisteminə arxayındır.
Ekspertlər bildirirlər ki, vəziyyət yalnız «NVIDIA» Çinə daha güclü B30A konfiqurasiyasını təklif etsə yumşala bilər. Amma bu halda Tramp administrasiyasından ixrac icazəsi almaq çətinləşəcək. Bir sözlə, «NVIDIA» Çin bazarında hələlik «bataqlığa» düşüb qalıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?

