Tramp Alkatras həbsxanasının yenidən açılmasını əmr etdi – ABŞ-da radikal qərar
ABŞ prezidenti Donald Tramp məşhur “Alkatras” həbsxanasının yenidən açılmasını tələb edib. Plan ən təhlükəli cinayətkarları burada saxlamaq üçündür.
Donald Tramp Alkatrasın yenidən açılmasını əmr etdi – “Ən təhlükəliləri burada saxlayacağıq”
“TVN24”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp məşhur “Alkatras” həbsxanasının yenidən fəaliyyətə başlamasını istəyir və bu barədə artıq rəsmi göstəriş verib.
“Alkatrası bərpa edib yenidən açın!” – deyə Tramp “Truth Social” platformasında yazıb. O bildirib ki, ABŞ artıq cəmiyyət üçün təhlükəli cinayətkarların girovu olmayacaq və bu addım “Qanun, Nizam və Ədalət”in simvoluna çevriləcək.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Tramp Ədliyyə Nazirliyinə, FBI-a və federal həbsxana xidmətinə göstəriş verib ki, “ən qəddar və amansız” cinayətkarlar üçün genişləndirilmiş Alkatras həbsxanasını yenidən açsınlar. O, bəzi hakimlərin deportasiyaları əngəlləməsini də bu qərarın səbəbi kimi göstərib.
1963-cü ildə yüksək xərclərə görə bağlanan Alkatras hazırda muzey və turistik məkandır. Bir zamanlar Al Kapone kimi məşhur cinayətkarların saxlandığı bu yer, həm də film və kitablarda tez-tez yer alır.
Rəsmilər bu qərarın reallaşma ehtimalının hələlik qeyri-müəyyən olduğunu desə də, Həbsxanalar Bürosu prezidentin göstərişlərinə əməl edəcəyini bildirib.
Bu xəbəri necə dəyərləndirirsiniz?






