Tesla gizli qapı dəstəklərindən imtina edə bilər

NHTSA və Çin qadağaları fonunda Tesla gizli qapı dəstəklərindən imtina etməyi planlaşdırır. Şirkət daha praktik və təhlükəsiz dizayn hazırlayır.

26.09.25 - 08:46
 0  2
Tesla gizli qapı dəstəklərindən imtina edə bilər
Tesla avtomobillərinin qapı dəstək mexanizmlərinin yeni dizaynı @notebookcheck.net

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Tesla gizli qapı dəstəklərindən və fövqəladə mexanizmlərdən imtina edə bilər

«notebookcheck» məlumatına görə, Tesla avtomobillərində gizli qapı dəstəkləri və bəzi fövqəladə hallarda istifadə olunan mexanizmlər tarixə qarışa bilər. Bu dəyişikliklər ABŞ və Çin tərəfindən irəli sürülən təhlükəsizlik tələbləri ilə bağlıdır.

ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) araşdırmaları göstərib ki, bəzi Model Y sahibləri gizli dəstəklər işləmədiyi zaman avtomobildən çıxa bilməyiblər. Enerjinin tam kəsildiyi hallarda sərnişinlər əlavə çıxış yolundan xəbərsiz qalıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Çində isə Pekin hökuməti çöldən görünməyən dəstəklərin istifadəsinə qadağa qoymağa hazırlaşır. Rəsmilər bildirirlər ki, bu mexanizmlər tez sıradan çıxdığından qəza zamanı təhlükəsizliyi zəiflədirdi. Qanun yalnız Tesla-nı deyil, digər istehsalçıları da əhatə edəcək.

Tesla-nın baş dizayneri Franz von Holzhausen isə açıqlamasında şirkətin artıq yeni həll yolları üzərində işlədiyini və «çox yaxşı çıxış yolu» tapıldığını söyləyib.

Hazırda Tesla avtomobillərində ön qapılar daxildən düymə ilə açılır, enerji kəsilərsə əlavə mexaniki qarmaqdan istifadə mümkündür. Lakin arxa qapılarda bu mexanizm gizli qaldığı üçün çox vaxt sərnişinlər, xüsusilə də uşaqlar çətinlik çəkirlər.

Şirkət indi elektron və mexaniki sistemləri birləşdirərək daha praktik və təhlükəsiz model yaratmağı planlaşdırır. Frans fon Holxhauzenin sözlərinə görə, insanlar onsuz da qapını düymə ilə açmağa vərdişdir və fövqəladə vəziyyətdə bu üsul həm sadə, həm də təhlükəsiz görünür.

Beləliklə, Tesla yaxın illərdə sərnişinlər və sürücülər üçün daha anlaşılan və təhlükəsiz qapı dizaynı təqdim etməyə hazırlaşır.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.