"Samsung" ABŞ istifadəçiləri üçün süni zəka texnologiyası ilə işləyən "AI Health Coach" xidmətini bu il təqdim edəcək.
Şotlandiyalı alimlər glioblastoma diaqnozu üçün yeni “FCI” cihazı hazırlayıblar. Bu texnologiya inyeksiyasız şişi izləməyə imkan verir.
Süni zəka xroniki ağrıların proqnozlaşdırılmasında yeni dəqiqlik səviyyəsinə çatıb – genetik analizlər, psixoloji vəziyyət və həyat tərzi birlikdə daha doğru nəticə verir.
Çində yerli texnologiya ilə hazırlanmış qapalı dövrəli onurğa implantı paraplegik kişini 15 günə ayağa qaldırdı. Bu, onurğa zədələrinə qarşı müalicədə yeni dövrün başlanğıcı ola bilər.
“IBM” və “Google” yeni kvant sistemlərini təqdim edib. Onlar insan hüceyrələrini atom səviyyəsində modelləşdirərək xərçəng və Alzheimer kimi xəstəliklərin müalicəsində istifadə oluna bilər.
“Neko” şirkəti bədəni cəmi 20 saniyəyə 2000 dəfə skan edən süni zəka texnologiyası ilə təchiz olunmuş yeni skaneri təqdim edib. Cihaz xəstəlikləri öncədən aşkarlaya bilir.
Rusiyanın “Farmasintez” şirkəti xroniki mieloleykemiyanın müalicəsi üçün ilk yerli dərmanı – “Vamotinib”i təqdim edir. Dərman üçüncü faza klinik sınaqlardan uğurla keçib.
Parisdə krioterapiya kamerasında azot sızması nəticəsində 20 yaşlı qadın ölüb, 30 yaşlı müştəri isə kritik vəziyyətdədir. Hadisə prosedurun təhlükəsizliyini gündəmə gətirib.