32 və 48 GB RAM fərqi real oyunlarda test edildi. “Cyberpunk 2077” və “Silent Hill 2” kimi ağır layihələrdə performans fərqi bəzən cüzi, bəzən nəzərəçarpacaq oldu.
“Realme 14 5G” və “14T 5G” Rusiyada satışa çıxdı. Snapdragon və Dimensity çipləri, 6000 mA·s batareya və IP69 qorunma standartı ilə modellər diqqət çəkir.
Ubisoft 10 il sonra “Far Cry 4” üçün PS5 və Xbox Series S/X-də 60 FPS dəstəyi təqdim etdi. Yeniləmə Game Pass buraxılışından əvvəl gəldi.
“Xiaomi” Android 16 üçün “Chip Performance Dashboard” adlı yeni funksiya hazırlayır. Bu panel istifadəçiyə CPU və GPU tezliyini tənzimləməyə imkan verəcək – həm performans, həm də batareya üçün tam nəzarət.
POCO M7 Pro AMOLED ekranı, 50 MP kamerasi və 5100 mA/saat batareyası ilə büdcə telefonları arasında önə çıxır. Bəs performansı gündəlik istifadəyə yetərlidirmi?
AMD Radeon RX 9070-in maksimum qiyməti 700 dollar olacaq. Yeni model 1440p və 4K oyun performansını artıracaq və geniş istifadəçi kütləsi üçün əlçatan olacaq.
RTX 3080 və RTX 3080 Ti videokartları 2025-ci il oyunlarında test edildi. Nəticələrə görə, RTX 3080 Ti orta hesabla 11% daha yüksək FPS göstəricisi təqdim etdi.
NVIDIA-nın yeni RTX 5080 və RTX 5090 modelləri RTX 4080 və RTX 3080-i necə üstələyir? Yeni MFG texnologiyası ilə 4K və 8K oyun performansı əhəmiyyətli dərəcədə artır.
Sızdırılan test nəticələrinə görə, RTX 5080, RTX 4080 SUPER-dən cəmi 8.3% sürətlidir. Oyunçular yeni nəsil kartın minimal fərq yaratmasından məyus olublar.
Ryzen 5 7500F və Ryzen 7 9800X3D arasında oyunlarda performans fərqi. 1080p, 1440p və 4K performans nəticələri və RTX 4070 Ti ilə testlər.