OpenAI-nin CEO-su Sam Altman süni zəkanın bütövlükdə iş sahələrini məhv edə biləcəyini bildirib. Xüsusilə müştəri xidməti sahəsi ən çox təhlükə altındadır. Altman, süni zəka agentlərinin artıq insanları əvəz etdiyini və bu prosesin sürətlə davam edəcəyini vurğulayıb.
2025-ci ilin ilk yarısında texnologiya sektorunda 100 mindən çox işçi işdən çıxarılıb. «Intel» 12 min, «Microsoft» 10 min, «Meta» isə 8 min işçini işdən çıxarıb. Ekspertlər bunun səbəbini süni zəka və iqtisadi qeyri-sabitlik kimi qiymətləndirirlər.
Böyük Britaniyada işsizlik dərəcəsi 2021-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə - 4,7%-ə çatıb. Eyni zamanda, orta əmək haqqı artımı 3 ilin ən aşağı göstəricisinə enib.
"Ford" CEO-su Jim Farley bildirir ki, süni zəka ABŞ-da ağ yaxalı işlərin yarısını yox edə bilər. Onun kimi düşünən rəhbərlərin siyahısı sürətlə artır.
JPMorgan, Amazon, Ford kimi nəhənglərin CEO-ları xəbərdarlıq edir: süni zəka 5 ilə yüz minlərlə iş yerini yox edə bilər. İcraçılar arasında qorxu proqnozları yarışa çevrilib.
“Global Work AI” platforması göstərir ki, ali təhsilli mütəxəssislər indi qeyri-ixtisaslı işlərə üz tutur. Rəqəmsal əmək miqrasiyası sürətlənir.
“Intel” bu həftə 21 min işçini ixtisar etməyə hazırlaşır. Yeni CEO Lip-Bu Tan rəhbərliyi sadələşdirmək və mühəndislik mərkəzli struktur qurmaq istəyir.
Hindistan, Ümumdünya İqtisadi Forumu (WEF) ilə birlikdə “India Skills Accelerator” proqramını işə salıb. Məqsəd – texnologiyaların yaratdığı bacarıq boşluğunu aradan qaldırmaq və gələcəyə hazır işçi qüvvəsi formalaşdırmaqdır.
Böyük Britaniyada 120 il fəaliyyət göstərən Vauxhall zavodu bağlandı. Stellantis qərarına görə minlərlə insan işsiz qala bilər. Bu, Avropa avtomobil sənayesinin sonu ola bilərmi?
Finlandiya 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçildi. Amma işsizlik, təhsil problemləri və sosial narazılıqlar artmaqdadır. Rəqəmlərlə reallıq üst-üstə düşürmü?
Polşada 2025-ci ilin ilk iki ayında 14.800 nəfəri əhatə edən kütləvi ixtisarlar qeydə alınıb. Ekspertlər enerji böhranı və xarici rəqabətdən xəbərdarlıq edir.
Yeni araşdırmaya görə, Britaniyada gənclərin 37%-i son bir ildə işlərini tərk etməyi ciddi şəkildə düşünüb. Səbəblər nədir və bu, iqtisadiyyata necə təsir edəcək?