Böyük Britaniya və Hindistan arasında 3 illik danışıqlardan sonra 6 milyard funt dəyərində ticarət müqaviləsi imzalandı. Saziş Böyük Britaniyada 2200 yeni iş yeri yaradacaq və viski, avtomobil və kosmetika üzrə gömrük rüsumlarını azaldacaq.
ABŞ və Çin qarşılıqlı olaraq yüksək gömrük rüsumlarını azaldır. Bu razılaşma qlobal ticarət və maliyyə bazarlarında canlanma yaradıb və münaqişənin yumşaldığını göstərir.
“DHL Express” ABŞ-a 800 dollardan baha bağlamaların çatdırılmasını dayandırdı. Trampın yeni gömrük rüsumları istehlakçılara birbaşa təsir edir.
Donald Tramp administrasiyasının planlaşdırdığı yeni gömrük rüsumları çip avadanlığı istehsalçılarına ildə 1 milyard dollar itki verə bilər. “Applied Materials”, “Lam Research” və “KLA” əsas zərər görənlər sırasındadır.
Yeni tarif dalğası yaxınlaşır – “Dell”, “Microsoft” və “Lenovo” yeni rüsumlar qüvvəyə minmədən əvvəl ABŞ-a noutbuk axını təşkil edir. Çin istehsalı olan cihazlar üçün 125% tarif artıq qüvvədədir.
“Razer” şirkəti Donald Trampın tarif qərarlarından sonra ABŞ saytında noutbuk satışını dayandırıb. Saytda artıq “Bildiriş göndər” düyməsi görünür. Satışların nə vaxt bərpa olunacağı bilinmir.
Avropa İttifaqı ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi tariflərə cavab olaraq, 15 apreldən başlayaraq qarşılıqlı gömrük rüsumlarını tətbiq edəcək.
Polşa hökuməti ABŞ-ın tətbiq etdiyi 25%-lik tariflərə qarşı təcili tədbirlər görür. Donald Tusk avtomobil sektorunu xilas etmək üçün Avropa səviyyəsində həll yolları axtardıqlarını deyib.
Kanadanın Baş Naziri Justin Trudeau, Donald Trampın 25%-lik gömrük rüsumları tətbiq etməsi halında Kanadanın sərt və dərhal cavab verəcəyini bildirib.
Acer CEO-su Jason Chen, Tramp administrasiyasının Çin məhsullarına tətbiq etdiyi gömrük tariflərinə görə ABŞ-da noutbuk qiymətlərinin 10% artacağını bildirib.