Swap Commerce altı ay ərzində ikinci dəfə yatırım raundu ilə 100 milyon ABŞ dolları topladı
Swap Commerce altı ay əvvəl 40 milyon ABŞ dolları topladıqdan sonra yeni raundda 100 milyon ABŞ dolları cəlb etdiyini açıqlayıb.
Swap Commerce altı ay ərzində ikinci dəfə yatırım raundu ilə 100 milyon ABŞ dolları topladı
«techcrunch.com» məlumatına görə, London və Nyu-Yorkda fəaliyyət göstərən elektron ticarət startapı Swap Commerce yeni raundda 100 milyon ABŞ dolları cəlb etdiyini açıqlayıb.
Şirkət bu addımı altı ay əvvəl «Iconiq»in rəhbərlik etdiyi Serieya B raundunda 40 milyon ABŞ dolları topladıqdan sonra atıb. Yeni raundda vençur kapital fondları DST Global və Iconiq də iştirak edib.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Swap Commerce 2022-ci ildə qurulub və brendlərə süni zəka əsaslı platforma təklif edir. Platforma onlayn vitrinin qurulması, sərhədlərarası əməliyyatlar, ehtiyatların idarə olunması və qaytarma proseslərini dəstəkləyir.
Bildirildiyinə görə, xidmət xüsusilə lüks geyim brendləri arasında populyarlaşıb və şirkət məhsullarını qlobal bazarda satmaq istəyən brendləri hədəfləyir. Swap Commerce son qiymətləndirməsi ilə bağlı şərh verməyib.
Bu xəbəri necə dəyərləndirirsiniz?

