Süni zəka botları insan danışığını dəyişdirirmi? Yeni araşdırma

Araşdırma göstərir ki, ChatGPT-nin məşhur sözləri artıq insanların gündəlik danışığında da artıb və bu, dil müxtəlifliyi üçün risk yaradır.

15.12.25 - 08:48
 0  10
Süni zəka botları insan danışığını dəyişdirirmi? Yeni araşdırma
ChatGPT qrup söhbətini göstərən illüstrasiya @notebookcheck.net

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Süni zəka botları danışıq tərzimizi dəyişdirirmi?

«Notebookcheck» yazır ki, ChatGPT və Google Gemini kimi böyük dil modelləri artıq yalnız yazılı ünsiyyəti deyil, insan danışığını da dəyişməyə başlayıb.

Tədqiqatçılar bildirirlər ki, süni zəka botlarının steril, alqoritmik yazı üslubu yazılı mətndə çoxdan hiss olunur, indi isə eyni təsir şifahi nitqdə də özünü göstərir. Max-Planck İnstitutundan postdok Hiromu Yakuranın sözlərinə görə, ChatGPT-nin ən çox istifadə etdiyi «delve», «comprehend», «swift», «meticulous» kimi sözlər insanların danışığında da tez-tez eşidilməyə başlayıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Komanda yüz minlərlə YouTube videosu, podkast və müxtəlif söhbətləri analiz edib və ChatGPT-yə məxsus sözlərin sinonimlərinə nisbətən daha sürətlə yayılmasını müəyyənləşdirib. Araşdırmada deyilir ki, ChatGPT-nin buraxılışından sonra bu sözlərin istifadəsində «ölçülə bilən və kəskin artım» qeydə alınıb.

Alimlərə görə, bu tendensiya insan-makina mədəniyyətinin qapalı dövriyyəyə keçdiyini göstərir: maşınlar insan mədəniyyətinə əsaslanıb öyrənir, sonra isə həmin mədəniyyəti yenidən formalaşdırır. Bir sözlə, mədəni təsir artıq ikitərəfli prosesə çevrilib.

Araşdırma həmçinin xəbərdarlıq edir: dil və mədəni müxtəliflik zəifləyə bilər, çünki süni zəka əsasən üstünlük verilən dillərdə və müəyyən «yüksək keyfiyyətli» sayılan yazı üslublarında hazırlanır. Bu isə az təmsil olunan dillərdə nəsildən-nəslə ötürülən biliklərin yox olmasına gətirib çıxara bilər. «Əslində bu sual hələ açıq qalır, amma risk aydındır» - deyə tədqiqat müəllifləri bildirir.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.