Şimali Karolinada usta lotereyadan 100 min dollar qazandı

Şimali Karolinada məişət texnikası ustası 100 min dollar lotereya qazandı. O, uduşdan sonra ilk istəyini gülərək bölüşdü.

18.08.25 - 10:29
 0  3
Şimali Karolinada usta lotereyadan 100 min dollar qazandı
Lotereya qalibi 100 min dollarlıq uduş sevincini yaşayır @independent.co.uk

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Şimali Karolinada texnika ustası lotereyada 100 min dollar qazandı

«Independent» xəbər verir ki, məişət texnikası ustası kimi 40 il çalışan Cozef Qrir (Joseph Greer) təsadüfən həyatını dəyişəcək xəbəri aldı – o, «8 Million Money Maker Second Chance» tirajında 100 min dollar uddu.

Ən maraqlı tərəfi isə qalibin sadə arzusu oldu: o zarafatla bildirib ki, «Artıq nazik dilimlənmişini yeməkdən yorulmuşam. İndi qalın kolbasa istəyirəm».

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Qrir əvvəlcə 50 dollarlıq «8 Million Money Maker» bileti almış, amma şans gətirməmişdi. Daha sonra ikinci şans tirajında bəxti üzünə güldü. O, açıqlamasında: «Az qala huşumu itirirdim, çox həyəcanlı an idi» – deyib.

Vergilər çıxıldıqdan sonra qalibin əlində 71 min 750 dollar qalıb. Bu, sözügedən tirajın ikinci qalibi idi və lotereyaya ümumilikdə 979 min 465 müraciət daxil olmuşdu.

Qaydalar sadə idi: uduzmuş biletlər şəxsi hesab vasitəsilə skan edilərək ikinci şansa qatılırdı. Burada bir nəfər 1 milyon dollar, üç nəfər 100 min dollar, on nəfər 25 min dollar, 50 nəfər isə 500 dollar qazanırdı.

Bir sözlə, Qririn arzusu qalın kolbasa oldu. Bəs siz 100 min dollar uduş qazansaydınız, ilk nə alardınız?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.