Semler Scientific daha 165 “Bitcoin” aldı – portfel artıq $330 milyon dəyərindədir
Semler Scientific 15,7 milyon dollara daha 165 “Bitcoin” alıb. Şirkətin ümumi kriptovalyuta portfeli artıq $330 milyonu ötüb və bu tendensiya davam edir.

Semler Scientific daha 165 “Bitcoin” aldı – portfel dəyəri $330 milyonu keçdi
“Bitcoin Magazine”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ-ın səhiyyə texnologiyası şirkəti Semler Scientific aprelin 25-dən 29-na qədər 15,7 milyon dollara 165 ədəd “Bitcoin” alıb.
Bu alışla şirkətin ümumi BTC portfeli 3 467 sikkəyə çatıb. Onların ümumi bazar dəyəri 330,6 milyon dollar təşkil edir. Orta alış qiyməti isə $88,263 olub.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Alış şirkətin $500 milyon dəyərindəki “ATM equity” proqramı çərçivəsində toplanan vəsaitlə maliyyələşdirilib. Son dövrdə 559 min səhmin satışından $19,5 milyon gəlir əldə olunub.
Semler Scientific “Bitcoin”i ilk dəfə 2024-cü ilin mayında almağa başlayıb və bu addımı ilə ABŞ-da kriptovalyutanı əsas xəzinə ehtiyatına çevirən ikinci ictimai şirkət olub.
Ekspertlərə görə, bu davamlı strategiya “Bitcoin”ə olan institusional inamın artdığını göstərir – xüsusilə də spot ETF-lərə olan maraq fonunda.
Bu xəbəri necə dəyərləndirirsiniz?






