«Samsung» video analiz edən süni zəka startapına dəstək verir - 10 milyon saatlıq materialı emal edə bilər!
«Memories.ai» süni zəka platforması 10 milyon saat video materialını analiz edə bilir. «Samsung Next» və digər investorların dəstəyi ilə 8 milyon dollar investisiya toplayan startap təhlükəsizlik və marketinq sahələrində inqilab edə bilər.

«Samsung» 10 milyon saat video analiz edən süni zəka startapına investisiya etdi
«TechCrunch» məlumatına görə, «Memories.ai» adlı süni zəka startapı 8 milyon dollar investisiya toplayıb. «Samsung Next»-in də daxil olduğu bu turda startapın 10 milyon saat video materialını analiz edə bilən unikal texnologiyası diqqət çəkib.
Bəs bu sistem necə işləyir? Əvvəlcə videolardan «səs-küy» çıxarılır, sonra yalnız vacib məlumatlar saxlanılır. Nəticədə istifadəçilər təbii dil sorğuları ilə materialları axtara, teqləyə və hesabatlar yarada bilərlər.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Əsas tətbiq sahələri:
- Təhlükəsizlik: Kamera görüntülərində təhlükəli hərəkətlərin avtomatik müəyyən edilməsi
- Marketinq: Sosial media trendlərinin analizi və effektiv video kontentin yaradılması
Şirkətin həmtəsisçisi Şen Şou (Shawn Shen) deyir: «Google və OpenAI kimi şirkətlər modelər yaradır, amma onlar uzun videoları başa düşmür. Biz insan yaddaşından ilhamlanaraq bu problemi həll etdik.»
«Susa Ventures»-dan Mişa Qordon-Rou (Misha Gordon-Rowe) isə qeyd edib ki, «Memories.ai» bazarda boşluğu doldurur və vizual kəşfiyyatda inqilab edə bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






