Samsung Galaxy S26 seriyası təqdimata hazır - «Edge» ləğv edildi
Samsung «Galaxy S25 Edge» satılmadığı üçün «Edge» seriyasını ləğv edib. Galaxy S26 lineup-ı yenidən klassik «Plus» modelini qaytarır.
Samsung Galaxy S26 seriyası təqdimata hazır - «Edge» ləğv edildi
«Sammy Fans» xəbərinə görə, Samsung cəmi beş ay öncə təqdim etdiyi «Galaxy S25 Edge» modelini gözlənilmədən satışdan çıxarır. Şirkət 2026-cı ildə planlaşdırılan «Galaxy S26» buraxılışına klassik formata qayıdır.
Bu qərar kifayət qədər köklü dəyişiklik sayılır. «Edge» smartfonu may ayında bazara çıxarılmış, «iPhone Air» ilə rəqabət aparmaq məqsədi daşıyırdı. Amma cəmi bir neçə ay sonra modelin 3 900 mAh batareyası və yüksək qiyməti alıcıları məyus etdi.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Rəqəmlər də danışır: «Edge» cəmi 190 000 ədəd satılıb, halbuki digər S25 modelləri milyonlarla istifadəçiyə çatıb. Şirkətdən adının açıqlanmasını istəməyən bir mənbə deyib: «Bu seriyanın geri dönməsi çətin görünür. Demək olar ki, artıq yoxdur».
Beləliklə, 2026-cı ilin yanvarında keçiriləcək «Galaxy S26 Unpacked» tədbirində təqdim olunacaq əsas xətt artıq bəllidir: Galaxy S26 (və ya S26 Pro), S26 Plus və S26 Ultra. «Edge» konsepsiyası isə rəsmi olaraq bağlanır.
Bəs bu nə deməkdir? Ekspertlərin fikrincə, Samsung artıq «ən nazik» tituluna deyil, premium funksionallığa yönəlir. Bir sözlə, şirkət yenidən bazarda müştəri gözləntilərinə doğru dönür - və bu, çoxlarının fikrincə, olduqca ağıllı addımdır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

