Samsung 773 milyon dollar sərmayə qoydu - 2nm çip yarışında TSMC-yə qarşı
Samsung 2nm çip istehsalını gücləndirmək üçün Niderlanddan iki qabaqcıl ASML avadanlığı alıb. Məqsəd - TSMC ilə texnoloji rəqabətdə öndə qalmaq.
Samsung 773 milyon dollar sərmayə qoydu - 2nm çip yarışında TSMC-yə meydan oxuyur
«Android Headlines» xəbər verir ki, Samsung 2nm çip istehsalını gücləndirmək məqsədilə Niderlandın ASML şirkətindən iki qabaqcıl High-NA EUV avadanlığı alıb. Müqavilənin dəyəri təxminən 773 milyon dollar təşkil edir və avadanlıqların 2026-cı ilin ortalarında şirkətə çatdırılması planlaşdırılıb.
Bu addım Samsung-un TSMC qarşısında texnoloji mövqeyini gücləndirmək niyyətini göstərir. Son illər 3nm prosesində çətinliklər yaşayan şirkət, artıq diqqətini 2nm və daha aşağı texnoloji mərhələlərə yönəldib. Bəs bu dəfə uğur qazancaqlarmı?
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bu, Samsung-un ilk dəfə olaraq kütləvi istehsal üçün High-NA EUV maşınları almasıdır. Çiplər şirkətin 2nm istehsal xətlərində - hazırda Exynos 2600 və Tesla-nın gələcək süni zəka çiplərinin hazırlandığı zavodlarda istifadə ediləcək. Xatırladaq ki, Tesla və Samsung iyul ayında 16,5 milyard dollarlıq müqavilə imzalamışdılar.
Samsung Foundry bölməsinin rəhbəri Cinman Han ötən il vəzifəyə gələndən sonra 2nm istehsal texnologiyasını prioritet elan etmişdi. İndi bu avadanlıqlar həmin strategiyanın əsas hissəsinə çevrilir.
Hazırda Apple, Google, Qualcomm və MediaTek kimi nəhənglər 3nm çipləri üçün TSMC ilə əməkdaşlıq edir. Amma görünür, yaxın illərdə vəziyyət dəyişə bilər - Google-un növbəti Tensor çip nəsilləri üçün Samsung-a qayıtması artıq mümkün sayılır.
Bir sözlə, Samsung-un bu addımı 2nm çip yarışında yeni bir dövrün xəbərçisidir. Bazar bu dəfə kimə üstünlük verəcək - TSMC-yə, yoxsa Samsung-a? Əslində bu sual hələ açıq qalır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

