Riot Games BIOS yeniləməyən Valorant oyunçularını bloklayır
Riot Games Asus, Gigabyte, MSI və ASRock ana platalarında boşluq aşkarladı. BIOS yenilənməsə, Valorant işə düşməyəcək.
Ana platadakı kritik boşluq oyun çitlərinə yol açdı: Riot Games BIOS yeniləməyən Valorant oyunçularını bloklayır
«Tom's Hardware» yazır ki, Riot Games Asus, Gigabyte, MSI və ASRock şirkətlərinin bəzi ana plata modellərində təhlükəsizlik boşluğu aşkar edib və bu boşluq çitbazlara hardware yoxlamalarını dolanaraq anti-çit sistemindən gizlənməyə imkan verə bilər.
Şirkətin məlumatına görə problem IOMMU (Input-Output Memory Management Unit) mexanizmi ilə bağlıdır. Bu funksiya sistemin RAM yaddaşını DMA (Direct Memory Access) qurğularından qorumağa xidmət edir, amma bəzi ana platalarda açılış zamanı tam işə düşmür. Nəticədə BIOS-da «Pre-Boot DMA Protection» aktiv görünsə də, sistemin hamısı faktiki olaraq qorunmaya bilər.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
DMA qurğuları birbaşa PCIe girişinə qoşulan hardware-dir və prosessorla əməliyyat sistemini yan keçərək kompüterin yaddaşı ilə birbaşa işləyə bilir. IOMMU normalda yaddaşa çıxış etmək istəyən modulların identifikasiyasını yoxlayır və yalnız qeydiyyatdan keçmiş komponentlərə icazə verir. Amma o, yüklənmənin əvvəlində dərhal tam aktivləşmirsə, DMA əsaslı çit qurğusu daha tez işə düşüb oyuna müdaxilə edə bilər. Bəs bu yenilik bizə nə verəcək? Riot-un hədəfi məhz bu «açılışdan əvvəl» boşluğu bağlamaqdır.
Riot Games-in təhlükəsizlik komandası boşluğu müəyyənləşdirəndən sonra istehsalçılarla işlədiyini və onların tapıntıları təsdiqlədiyini bildirib. Daha sonra problemi aradan qaldırmaq üçün BIOS yeniləmələri buraxılıb.
Riot Games xəbərdarlıq edir: kompüteriniz bu xətadan təsirlənirsə, sizə məhdudiyyət tətbiq olunacaq və Valorant işə düşməyəcək. Çıxış yolu isə BIOS-u ən son versiyaya yeniləmək və Secure Boot, VBS və IOMMU kimi təhlükəsizlik funksiyalarının aktiv olub-düzgün işlədiyini yoxlamaqdır. Bir sözlə, oyuna girməzdən əvvəl «BIOS işi»ni həll etmək gərəkəcək.
Şirkət oyun başlamazdan öncə təhlükəsizlik xəbərdarlığı ilə üzləşməmək üçün BIOS-un mümkün qədər tez yenilənməsini tövsiyə edir. Riot-un mövzu ilə bağlı bloq yazısında qeyd olunur ki, BIOS yeniləmələri «ban rəqəmlərinə baxmaq qədər həyəcanlı olmasa da», hardware çitləri ilə mübarizədə vacib addımdır və pre-boot boşluğunu bağlamaqla əvvəllər «toxunulmaz» sayılan çitlərin bir sinfi zərərsizləşdirilir.
Bu xəbəri necə dəyərləndirirsiniz?

