Qədim insanlar Avstraliyaya iki marşrutla çatıb - yeni DNT araşdırması

Yeni DNT araşdırması göstərib ki, qədim insanlar Avstraliyaya təxminən 60 min il əvvəl iki müxtəlif marşrutla çatıb.

08.12.25 - 08:17
 0  5
Qədim insanlar Avstraliyaya iki marşrutla çatıb - yeni DNT araşdırması
Sahul ərazisinin qədim sakinlərini simvolizə edən aborigen uşağın portreti @sciencealert.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Qədim insanlar Avstraliyaya iki marşrutla çatıb - yeni DNT araşdırması

«ScienceAlert» xəbər verir ki, yeni genomika araşdırması ilk insanların indiki Avstraliya torpaqlarına təxminən 60 min il əvvəl iki ayrı marşrutla gəldiyini üzə çıxarıb.

Tədqiqatçılar Avstraliya, Yeni Qvineya, Okeaniya və Cənub-Şərqi Asiyadan olan yerli icmaların təqribən 2500 mitoxondrial DNT nümunəsini analiz edərək bu qədim köçü izləyiblər. Nəticələr göstərir ki, Avstraliya, Tasmaniya və Yeni Qvineyanın birləşdiyi qədim Sahul materikinə insan axını tək bir istiqamətdən olmayıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Məlum olub ki, bir qrup insanlar Malayziya, Yava və Timor xətti ilə hərəkət edərək Darvinin qərb hissəsinə düşən «cənub marşrutu»ndan istifadə edib. Digər qrup isə Filippin və Sulavesidən başlayaraq Papua Yeni Qvineyaya uzanan adalar zəncirini keçib və Avstraliyanın şimal-şərqinə daxil olub. Bu istiqamət «şimal marşrutu» kimi qeyd olunur.

Bəs hər iki köç nə vaxt baş verib? Britaniyanın Haddersfild Universitetindən arxeogenetik Martin Riçardsın sözlərinə görə, hər iki axının tarixi təxminən 60 min il əvvələ gedib çıxır. Bu isə mübahisəli olan «uzun xronologiya» yanaşmasını gücləndirir.

Araşdırma göstərir ki, ilk insan nəsillərinin 36 faizi şimal marşrutundan, 64 faizi isə cənub marşrutundan gələn əcdadlara bağlıdır. Üstəlik, şimal istiqamətindən gələn bəzi qruplar Sahula daxil olduqdan qısa müddət sonra Bismark arxipelaqına və Solomon adalarına doğru irəliləyiblər.

Alimlər bildirirlər ki, hazırda mövcud genetik xətlərin əksəriyyəti məhz şimal yoluyla gələn qədim insanların nəslinə gedib çıxır. Bununla belə, Avstraliya daxilindəki nəsillərin təxminən üçdə ikisi cənub marşrutuna bağlıdır. Bir sözlə, iki fərqli yol eyni tarixi mənzərəni formalaşdırıb.

Tədqiqatçılar əlavə edirlər ki, Cənubi Asiya və Sahuldan əldə olunmuş qədim DNT hələ çox azdır və bu boşluqlar dolarsa, köçün vaxtı barədə daha dəqiq məlumat vermək mümkün olacaq. Araşdırma «Science Advances» jurnalında dərc olunub.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.