Poznan zooparkında şok hadisə – uşaq bezini heyvanlara atdılar!
Polşanın Poznan zooparkında bir ziyarətçi istifadə olunmuş uşaq bezini qarışqayeyənin (Vermilingua) qəfəsinə atıb. Hadisə heyvanların həyatı üçün real təhlükə yaradıb.
Poznan zooparkında biabırçılıq – qarışqayeyən qəfəsinə uşaq bezi atıldı
“Fakt.pl”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Polşanın Poznan şəhərində yerləşən zooparkda inanılmaz hadisə baş verib. Ziyarətçilərdən biri istifadə olunmuş uşaq bezini qarışqayeyən yaşadığı əraziyə atıb.
Zooparkın əməkdaşları bu hadisədən sarsılıb: “Bu, sadəcə hörmətsizlik deyil. Bu, bir sərhədin aşılmasıdır” – deyə sosial şəbəkədə paylaşım ediblər. Onların sözlərinə görə, bu tip əşyalar heyvanlar üçün ölümcül təhlükə yarada bilər.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Qarışqayeyənlər burun və dilləri ilə tanınır. Belə hallarda bez kimi tullantılar onların sağlamlığına ciddi ziyan vura bilər. Əgər belə bir hadisə təsadüfən baş veribsə, ziyarətçilər bunu dərhal heyvan baxıcılarına bildirməlidirlər.
“Zooparkın hər tərəfində zibil qutuları var. Onlardan istifadə etmək bu qədər çətindirmi?” – sual edən işçilər, əgər bu hərəkət bilərəkdən edilibsə, buna qarşı mübarizənin sərt və qəti olacağını bildiriblər.
Zoopark rəhbərliyi insanlara çağırış edir: “Zoopark sirk deyil, heyvan isə oyuncaq deyil. Belə hallarda səssiz qalmayın, reaksiya verin.”
Bu xəbəri necə dəyərləndirirsiniz?






