“Pi Coin” yenidən düşdü – 5 milyon tokenin açılması bazara təzyiq göstərir
“Pi Coin” qiyməti 0.63 dollara düşüb, bu gün isə daha 4.9 milyon tokenin açılması gözlənilir. Balina hərəkatı isə bazarda yeni ümidlər yaradıb.

“Pi Coin” qiyməti 0.63 dollara düşdü – bu gün 5 milyon token açılır
Coinpedia-nın məlumatına görə, “Pi Coin” bu gün 2%-lik enişlə 0.63 dollardan ticarət olunur. Qiymət fevral ayındakı lokal zirvədən sonra aşağı düşüb və hazırda 0.70 dollar müqavimət səviyyəsini keçə bilmədən stabilləşib.
Bugünkü əsas xəbər – 4.9 milyon “Pi” tokeninin açılmasıdır. Bu kimi açılmalar bazara əlavə təklif gətirərək qiymət artımını çətinləşdirir. Lakin vəziyyət tam da mənfi deyil.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Son günlərdə böyük balina aktivliyi müşahidə olunub. OKX birjasından 7.5 milyon dəyərində “Pi” tokeni şəxsi cüzdana köçürülüb. Həmin balinanın toplamda 48 milyon token aldığı bildirilir, bu da bazarda diqqət doğurur.
Uzunmüddətli perspektivdə isə analitiklər ümidlidir. “CoinCodex” proqnozlarına görə, “Pi” apreldə 0.63 – 2.16 dollar arasında dəyişə bilər. Əgər bu baş verərsə, mümkün ROI 238% təşkil edə bilər.
Əsas səbəblər arasında – yeni birja listinqləri və istifadə sahələrinin genişlənməsi gözləntiləri göstərilir. Amma hələlik bazarda həlledici hərəkət yoxdur.
Bu xəbəri necə dəyərləndirirsiniz?






