«Perseverance» Marsda elektrik qığılcımlarını qeydə alıb

«Perseverance» Marsda toz burulğanında elektrik qığılcımı qeydə alıb. Alimlər bunun gələcək insan missiyaları üçün əhəmiyyətini vurğulayır.

15.12.25 - 08:30
 0  5
«Perseverance» Marsda elektrik qığılcımlarını qeydə alıb
Mars səthində roverin görüntüsü @notebookcheck.net

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

«Perseverance» Marsda elektrik qığılcımlarını qeydə alıb

«Notebookcheck» xəbər verir ki, NASA-nın «Perseverance» roveri Marsda toz burulğanının içində elektrik qığılcımı qeydə alıb. Bu, alimlərin uzun illərdir şübhələndiyi bir məqamı ilk dəfə təsdiqləyib.

Toz burulğanları Mars səthində irəliləyən kiçik fırlanan külək sütunlarıdır və qum-dənəciyi özünə çəkərkən bir sıra fiziki proseslər yaradır. Daha əvvəl belə burulğanlarda elektrik boşalmasının ola biləcəyi ehtimal edilirdi, indi isə bu fərziyyə tam təsdiqini tapıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Roverin SuperCam alətindəki mikrofon toz burulğanı yaxınlaşanda həm səs, həm də elektromaqnit siqnalları yazıb. Qeyd olunan «çıqq» səsinin məhz burulğanın içində yaranan qığılcımdan gəldiyi müəyyən edilib.

Alimlərin izahına görə, toz dənəcikləri bir-birinə sürtündükdə elektrik yükləri yaranır və yük kifayət qədər güclənəndə qığılcım baş verir. Bu, triboelektrik effekt kimi tanınır. Yer atmosferində belə zəif yüklər qığılcım yaratmaya bilərdi, amma Perseverance komandasının üzvü Baptiste Şidə bildirib ki, Marsın seyrək atmosferi daha az enerji ilə qığılcımın yaranmasına şərait yaradır.

Kəşfin nəticələri xeyli ciddi görünür. Belə elektrik boşalmaları xloratlar və perxloratlar kimi maddələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu maddələr isə üzvi molekulları parçalayır və həyatın izlərini məhv edə bilir. Həmçinin elektrik yükləri Marsda metanın niyə tez yoxa çıxmasına da aydınlıq gətirə bilər.

Yaxşı ki, indiyədək Mars roverlərinin zədələnməsi ilə bağlı belə boşalmalar qeydə alınmayıb. Amma alimlər hesab edir ki, bu təsdiqlənmiş fakt hazırkı robotik missiyaların və gələcək insan uçuşlarının risklərini daha yaxşı anlamağa kömək edəcək. Araşdırma noyabrın 26-da «Nature» jurnalında dərc edilib.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.