Özbəkistan avtomobil bazarında 2024-ün lideri açıqlandı: Chevrolet 87.9% payla zirvədə
Özbəkistanın 2024 avtomobil bazarında Chevrolet 87.9% payla üstünlük göstərib. Ən çox satılan model isə Cobalt olub.
Özbəkistan 2024 avtomobil bazarı: Chevrolet yenidən tam üstünlük qazandı
«Bestsellingcarsblog» məlumatına görə, 2024-cü ildə Özbəkistan bazarında 402,390 yeni yüngül avtomobil satılıb və bazar demək olar ki, tam şəkildə Chevrolet-in nəzarətinə keçib.
Brendin payı 87.9% olub. Bu, açıq desək, bazarın nəfəsini kəsən göstəricidir. İlk üçlükdə daha sonra Kia 4.8%, BYD isə 4.3% payla yer alıb. Chery isə 1.9% göstərici ilə siyahını tamamlayıb. Digər markaların payı cəmi 1%-dən aşağıdır.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Modellərin sıralamasında mənzərə tam fərqlidir? Yox, burada da Chevrolet-in tam hegemonluğu görünür. Cobalt 31.6% payla ilin ən çox satılan avtomobili olub. Ardınca Damas 26.3%, Tracker isə 9.4% nəticə ilə gəlir. İlk altılığın hamısı Chevrolet modelləridir - Onix, Labo və Lacetti.
Chevrolet-dən sonra ən yaxşı nəticə göstərən qeyri-yerli model Kia Sonet-dir. Onu BYD-nin Song Plus Champion DMI və Chazor (Destroyer 05) modelləri izləyir. Bir sözlə, bazarda rəqabət var, amma rəqabət deməyə də adamın dili gəlmir.
2024-cü ilin yekun rəqəmləri göstərir ki, Özbəkistan avtomobil bazarı hələ də yerli yığma Chevrolet modellərindən asılıdır. Bu tendensiya dəyişəcəkmi? Əslində bu sual hələ də açıq qalır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

