OnePlus 15R və yeni qurğularının detalları açıqlanıb
OnePlus 15R, Pad Go 2 və Watch Lite barədə yeni məlumatlar açıqlandı. Şirkət ekran, kamera və çipset xüsusiyyətlərini təsdiq edib.
OnePlus 15R və yeni qurğuları haqqında daha çox detal açıqladı
«GSMArena» yazır ki, OnePlus dekabrın 17-də təqdim edəcəyi 15R smartfonu, Pad Go 2 planşeti və Watch Lite saatı ilə bağlı yeni məlumatları açıqlayıb.
Şirkət təsdiqləyib ki, OnePlus 15R modeli 1.5K təsvir ölçülü və 165 Hz yenilənmə tezlikli AMOLED ekranla gələcək. Ekranın parlaqlığı gecələr 2 nite, «Reduce White Point» aktiv olanda isə 1 nite qədər enə bilir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Smartfon həmçinin şirkətin yeni «DetailMax Engine» görüntü emalı sistemi ilə təchiz ediləcək. Bu sistem OnePlus 15-də debüt edən Ultra Clear Mode, Clear Burst və Clear Night Engine funksiyalarını özündə birləşdirir.
Model Qualcomm-un yeni Snapdragon 8 Gen 5 çipseti ilə işləyəcək və bu prosessoru qlobal miqyasda ilk təqdim edən cihaz olacaq. Üstəlik, OnePlus-ın daxilən hazırladığı G2 Wi-Fi çipi və Touch Response çipi də qurğuya əlavə edilib.
OnePlus Pad Go 2 planşeti 12.1 düymlük 2.8K təsvir ölçülü LCD ekran, 900 nit pik parlaqlıq və Dolby Vision dəstəyi ilə gəlir. Şirkət ekranın DCI-P3 rəng məkanının 98 faizini əhatə etdiyini bildirir.
OnePlus Watch Lite modeli isə bir dəfə şarjla 10 gündən çox işləmə müddəti və 100-dən artıq idman rejimi təklif edəcək. Saatda ürək ritmi ölçümü, qanda oksigen səviyyəsi sensoru, iki zolaqlı GPS və 60 saniyəlik Wellness Overview kimi sağlamlıq funksiyaları mövcuddur.
Qurğu paslanmayan poladdan hazırlanıb, «Phantom Black» rəngində təklif ediləcək, cızılmaya davamlıdır və cəmi 35 qram çəkidədir. 1.46 düymlük AMOLED ekranı idman rejimində 3000 nit, gündəlik istifadədə isə 600 nit parlaqlığa çatır. Saat həm Android, həm də iOS cihazları ilə işləyəcək.
Bu xəbəri necə dəyərləndirirsiniz?

