“Nvidia” serverlərini və videokartlarını insanabənzər robotlar yığacaq – Foxconn ilə əməkdaşlıq
“Nvidia” və “Foxconn” ABŞ-da yeni zavodda server və videokartların insanabənzər robotlarla yığılmasına hazırlaşır. Start 2026-cı ilin əvvəlində gözlənilir.

“Nvidia” videokart və serverlərini artıq insanabənzər robotlar yığacaq
“iXBT.com”-un məlumatına görə, “Foxconn” və “Nvidia” ABŞ-ın Hyuston şəhərindəki yeni zavodda robotların iştirakı ilə istehsala başlamağa hazırlaşır.
İnsanı xatırladan bu robotlar ilk dəfə “Nvidia” məhsullarının – süni zəka serverləri və videokartların montajında istifadə olunacaq. İstehsal 2026-cı ilin ilk rübündə start götürəcək.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Foxconn” həm öz robot modellərini, həm də Çin istehsalı UBTech robotlarını test edib. Onlar kabel qoşmaq, obyektləri qaldırmaq və montaj işləri üçün hazırlanır.
Zavodun yeni olması və geniş sahəyə malik olması robot sistemlərinin yerləşdirilməsi üçün ideal şərait yaradır. Hər iki tərəf hələlik detallı şərh verməkdən yayınıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?






