NVIDIA 5 trilyon dollar dəyərə çatdı – Jensen Huang: «Süni zəka köpüyü yoxdur»
NVIDIA 5 trilyon dollarlıq bazar dəyərinə çatdı. Jensen Huang isə bildirib ki, süni zəka köpüyü yoxdur, bu qlobal innovasiyanın yeni mərhələsidir.
NVIDIA 5 trilyon dollar dəyərə çatdı – Jensen Huang: «Süni zəka köpüyü yoxdur»
«Windows Central» yazır ki, NVIDIA-nın baş direktoru Jensen Huang süni zəka ətrafında yaranan «köpük» iddialarını rədd edib. Onun sözlərinə görə, bazardakı yüksəliş real tələbatdan qaynaqlanır və insanlıq yeni texnoloji mərhələyə qədəm qoyur.
Şirkət çərşənbə günü birjalarda 3 faizdən çox bahalaşaraq bazar dəyərini 5 trilyon dollara çatdırıb. Beləcə, NVIDIA dünyanın bu səviyyəyə çatan ilk şirkəti olub. Bu sıçrayış süni zəka çiplərinə artan qlobal maraqla əlaqələndirilir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
NVIDIA-nın bazar dəyəri 2022-ci ildə ChatGPT-nin təqdimatından sonra 1 trilyon, 2024-cü ilin fevralında 2 trilyon, həmin ilin iyununda isə 3 trilyon dolları ötüb. 2025-ci ilin iyununda şirkət 4 trilyon həddini keçmişdi – indi isə 5 trilyonla yeni rekorda imza atıb.
Jensen Huang bildirib ki, şirkət 500 milyard dollarlıq süni zəka çipi sifarişləri gözləyir. O vurğulayıb: «Biz ümumi məqsədli hesablama dövründən sürətləndirilmiş hesablama dövrünə keçirik. AI-nin əməli potensialı və düşünmə qabiliyyəti artıq pul ödəməyə dəyəcək səviyyədədir».
O əlavə edib ki, süni zəka uzunömürlü olacaq və növbəti onilliklərdə dünyanı dəyişəcək: «Bu, internetin yüksəlişindən də dərin təsir göstərəcək». Bir sözlə, NVIDIA süni zəkanın gələcəyinə inamını qoruyur və görünən odur ki, dayanmır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

