Neşvil hava limanı ilə mərkəzi 8 dəqiqəyə birləşdirəcək «Tesla» tuneli tikilir
Elon Maskın «The Boring Company» şirkəti Neşvil şəhərinin altında «Music City Loop» adlı tunel tikəcək. Layihə təsdiqlənərsə, «Tesla» elektromobilləri sərnişinləri hava limanından mərkəzə cəmi 8 dəqiqəyə çatdıracaq.

Neşvil «Tesla» tunelinə hazırlaşır - «The Boring Company» layihəni 2026-cı ilə qədər tamamlamağı planlaşdırır
«ExtremeTech» məlumatına görə, Elon Maskın «The Boring Company» şirkəti Tennessi ştatının Neşvil şəhərində yeraltı tunel tikintisinə başlamaq üçün icazələri gözləyir. Layihə təsdiqlənərsə, «Music City Loop» adlanan bu tunel hava limanını şəhər mərkəzi ilə birləşdirəcək.
Tennessi qubernatoru Bill Li bildirib ki, «Tesla» elektromobilləri sərnişinləri cəmi 8 dəqiqə ərzində bir nöqtədən digərinə çatdıracaq. Qubernator qeyd edib: «Biz özəl sektorun innovasiyalarından istifadə edərək ştat olaraq təkbaşına həyata keçirə bilməyəcəyimiz layihələri araşdırırıq».
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Tikinti işlərinin bu payız başlaması və 2026-cı ilin sonuna qədər tunelin bir hissəsinin istifadəyə verilməsi planlaşdırılır. Maraqlıdır ki, bütün xərcləri «The Boring Company» öz üzərinə götürür.
Lakin Neşvil tuneli «The Boring Company» üçün ilk layihə deyil. Şirkət artıq Las-Veqasda oxşar tunel istifadəyə vermişdir. Gözlənilir ki, yeni tunel nəqliyyat axınını azaldacaq və tullantıların miqdarını xeyli dərəcədə aşağı salacaq.
Bu xəbəri necə dəyərləndirirsiniz?






