“NASA” və Hindistan 1.5 milyard dollarlıq peyk buraxır – Yer səthini santimetr dəqiqliyi ilə izləyəcək!

“NASA” və “ISRO” 1.5 milyard dollarlıq “NISAR” peykini buraxmağa hazırlaşır. O, buludda, qaranlıqda və istənilən havada Yer səthini görüntüləyə biləcək.

20.06.25 - 13:44
 0  3
“NASA” və Hindistan 1.5 milyard dollarlıq peyk buraxır – Yer səthini santimetr dəqiqliyi ilə izləyəcək!
“NISAR” peykinin Yer üzərində simvolik görüntüsü @sciencealert.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

“NASA” və Hindistan 1.5 milyard dollarlıq radar peykini buraxır – bulud, gecə fərq etməyəcək

“ScienceAlert”-in məlumatına görə, “NASA” və “ISRO” birgə “NISAR” adlı unikal radar peykini buraxmağa hazırlaşır. Start yaxın günlərdə Hindistanın Çennay yaxınlığındakı “Satish Dhawan” mərkəzindən veriləcək.

3 tonluq və 12 metrlik antenaya malik “NISAR” gündüz, gecə və buludlu hava şəraitində belə Yer səthini santimetr dəqiqliyi ilə izləyə biləcək. Bu, xüsusilə kənd təsərrüfatı, fövqəladə hallar və iqlim elmi üçün inqilabi olacaq.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

SAR texnologiyası sayəsində peyk bulud, tüstü və kül üzərindən görüntü ötürə bilir. O, iki fərqli radar tezliyi istifadə edən ilk SAR peykidir və “Sentinel-1”dən daha dəqiq nəticə verir.

“NISAR” meşə örtüyünü, torpaq rütubətini, suyun hərəkətini və zəlzələlərdən sonra yaranan səth dəyişikliklərini dəqiq şəkildə göstərəcək. Peyk məlumatları dünyaya açıq və pulsuz təqdim olunacaq.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.