Minecraft yenilənmə nömrələrini dəyişir - yeni sistem necə işləyəcək?

Minecraft 2025-dən etibarən yenilənmə nömrələrini dəyişir. Yeni sistem daha aydın olacaq və yaradıcılar üçün işi sadələşdirəcək.

10.12.25 - 08:10
 0  14
Minecraft yenilənmə nömrələrini dəyişir - yeni sistem necə işləyəcək?
Minecraft oyunundan illüstrativ görüntü @windowscentral.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Minecraft yenilənmə nömrələrini dəyişir - yeni sistem necə işləyəcək?

«Windowscentral» xəbər verir ki, Minecraft uzun illərdir istifadə etdiyi «1.x.x» versiya modelini 2025-ci ildən etibarən tamamilə dəyişir. Oyun artıq daha tez-tez, daha kiçik paketlərlə yeniləndiyi üçün köhnə sistem uyğunluğunu itirmişdi.

İndiyədək hər böyük yeniləmə 1.x formatında artırılırdı, daha kiçik düzəlişlər isə sonuncu rəqəmlə göstərilirdi. Məsələn, «The Copper Age» Java Edition üçün 1.21.9, Bedrock Edition üçün isə 1.21.110 kimi çıxmışdı. Bu da oyunçular üçün bir qədər dolaşıqlığa səbəb olurdu.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Yeni qaydada versiya nömrəsi sadəcə yeniləmənin buraxıldığı ilin rəqəmi olacaq, ardınca isə həmin il yayımlanan yeniləmələrin sıra nömrəsi gələcək. Yəni, «The Copper Age» Java Edition üçün 25.3, Bedrock Edition üçün isə 25.50 kimi görünəcəkdi. Bedrock-un daha çox yenilənməsi səbəbindən rəqəmlər də yüksək olur.

Bu dəyişiklik oyunun özünə təsir etməyəcək, amma yaradıcılar, mod hazırlayanlar və inkişaf komandası üçün prosesi sadələşdirəcək. Snapşot və önizləmə buraxılışları da bu yeni sistemə daxil olacaq. Bir sözlə, bundan sonra hər şey daha aydın görünəcək.

Yeniliklər 2026-cı ilin ilk yenilənməsi ilə rəsmən qüvvəyə minəcək. 9 dekabrda çıxmış «Mounts of Mayhem» isə hələ köhnə sistemdə qaldı. Növbəti buraxılış isə artıq «Minecraft 26.1» adı ilə təqdim olunacaq.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.