Microsoft-un «Gaming Copilot» süni zəka sistemi oyunlarınızı izləyir
Microsoft-un «Gaming Copilot» süni zəka sistemi oyun zamanı çəkilişləri izləyərək özünü təkmilləşdirir. İstəmirsinizsə, bu funksiyanı söndürməlisiniz.
Microsoft-un «Gaming Copilot» süni zəka sistemi oyunlarınızı izləyir - oyunçular narazıdır
«Wccftech» xəbər verir ki, Microsoft-un yeni «Gaming Copilot» süni zəka sistemi oyunçuların davranışlarını izləyərək özünü təkmilləşdirir. Məlumatlara görə, bu funksiya Windows 11 kompüterlərində avtomatik aktiv olur və oyun zamanı çəkilən ekran görüntüləri şirkətə göndərilir.
İstifadəçilər qeyd ediblər ki, bu proses barədə xəbərdar deyildilər. Sistemdəki «Model training on text» seçimi oyun barindən məxfilik bölməsinə daxil olub deaktiv edilə bilər. Bununla yanaşı, Gaming Copilot səsli söhbətləri, fərdiləşdirmə və yaddaş məlumatlarını da toplaya bilir, lakin bu parametrlərin bir hissəsi adətən deaktiv vəziyyətdə olur.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Oyunçular bu vəziyyətdən narazıdırlar. Onların fikrincə, Microsoft açıq razılıq almadan belə izləməni aktiv saxlamaqla məxfilik sərhədlərini aşır. Hər kəs öz qurğusundakı tənzimləmələrdən bu funksiyanı söndürə bilər, amma funksiya əvvəlcədən aktiv olduğu üçün çoxları bu barədə xəbərsiz qalır.
Son aylarda şirkət oyunçuların narazılığı ilə tez-tez gündəmə gəlir. ABŞ-da Xbox Series konsollarının qiymətləri ikinci dəfə bahalaşıb, «Game Pass» abunəliyinin dəyəri 50% artıb, bəzi endirim və təşviqat proqramları isə bağlanıb. İndi isə süni zəka ilə işləyən Gaming Copilot qalmaqalı gündəmi silkələyib.
Bir sözlə, Microsoft süni zəka texnologiyasına daha çox yatırım etdikcə, istifadəçilərin etibarını itirmək riski artır. Bəs növbəti addım nə olacaq?
Bu xəbəri necə dəyərləndirirsiniz?

