Microsoft-ın «AI superfactory» layihəsi rəsmi istifadəyə verildi

Microsoft Atalantada yeni «AI superfactory» şəbəkəsini işə saldı. Bu infrastruktur nəhəng süni zəka modellərini daha sürətli hazırlamağa imkan verir.

21.11.25 - 09:38
 0  2
Microsoft-ın «AI superfactory» layihəsi rəsmi istifadəyə verildi
Microsoft-ın Fairwater data mərkəzinin görüntüsü @startuphub.ai

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Microsoft-ın «AI superfactory» infrastrukturu rəsmi olaraq işə düşüb

«Startuphub» məlumatına görə, Microsoft 2025-ci ilin oktyabrından etibarən Atalantadakı yeni Fairwater data mərkəzini tam gücü ilə istismara verib. Bu obyekt tək bir bina deyil - o, Viskonsin də daxil olmaqla digər mərkəzlərlə birləşmiş yüksək sürətli şəbəkənin hissəsidir.

Şirkət bu nəhəng sistemi özünün ilk «AI superfactory» modeli adlandırır. Fairwater daha sıx yerləşdirilmiş çiplər, NVIDIA GB200 NVL72 avadanlıqları və su sərfiyyatını minimuma endirən soyutma sistemi ilə seçilir. Amma əsl yenilik başqa yerdədir - Microsoft xüsusi qurulmuş AI WAN şəbəkəsi ilə bu mərkəzləri vahid virtual superkompüter kimi işləməyə məcbur edir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Microsoft-un Azure infrastrukturunun rəhbəri Alistair Speirs deyir ki, bu yanaşma sayəsində əvvəl aylar tələb edən mürəkkəb süni zəka təlimləri artıq bir neçə həftəyə sığır. Bəs bu nə deməkdir? Sadə dillə desək, ayrı-ayrı data mərkəzləri bir cihaz kimi davranmağa başlayır.

Azure-un baş direktoru Mark Russinovich bildirir ki, yüz trilyonlarla parametrə sahib modellərin öyrədilməsi artıq tək bir mərkəzdə mümkün deyil. İki mərtəbəli Fairwater mərkəzləri və onları birləşdirən yüksək inteqrasiya olunmuş şəbəkə yüz minlərlə GPU-nu sinxron saxlayır, boşdayanma vaxtını minimuma endirir.

Bulud və Süni Zəka bölməsinin rəhbəri Skott Qasri isə vurğulayır ki, bu yarışda liderlik təkcə daha çox çip almaqla olmur - bütün infrastrukturun vahid sistem kimi işləməsi əsas şərtdir.

Bir sözlə, bu addım sənayedə tam fərqli yanaşmanın formalaşdığını göstərir. Ənənəvi bulud mərkəzləri müxtəlif müştəri tətbiqləri üçün qurulurdusa, Microsoft-ın superfactory modeli nəhəng hesablama gücü tələb edən vahid tapşırıqlar - OpenAI modellərinin təlimi, AI Superintelligence komandasının layihələri və Copilot-un inkişafı üçün nəzərdə tutulub. Şirkət artıq öz infrastrukturunu bir coğrafiyaya bağlı olmayan, tək «maşın» kimi görür.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.