Metaplanet-in taleyi: Bitcoin 108 min dollara çatmasa risk artır
Metaplanet-in gələcəyi 18 dekabrda BoJ qərarı və Bitcoin-in 108 min dollara çatıb-çatmayacağından asılıdır. Şirkət ciddi itki ilə üzləşib.
Metaplanet üçün kritik tarix yaxınlaşır - Bitcoin 108 min dollara çatmasa nə baş verəcək?
«NewsBTC» yazır ki, Metaplanet son bir ayda Bitcoin-in 30 faizdən çox ucuzlaşması fonunda ciddi təzyiqlə üz-üzə qalıb. Şirkət artıq 30 min BTC-dən çox ehtiyat saxlayır, onların ümumi dəyəri isə 2.7 milyard dollara yaxın hesablanır.
Bu aktivlərin orta alış qiyməti təxminən 108 min dollardır. Hazırkı BTC qiyməti isə 87 700 dollar civarında olduğundan Metaplanet-in zərəri 17 faizi ötüb. Üstəlik, Tokio Birjasında səhmlər ilin yayındakı 1 935 yenlik səviyyədən 366 yenə düşüb - 81 faiz azalma.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Şirkət noyabrın 21-də açıqladığı sənəddə əlavə 130 milyon dollarlıq kredit götürdüyünü bildirmişdi. Bu vəsait yenə Bitcoin alışı üçün yönəldilib və kredit şirkətin BTC ehtiyatları ilə tam təmin olunub. Faiz dərəcəsi hər gün yenilənən üzən mexanizmlə hesablanır.
Bazar analitiki Şanaka Ansləm sosial şəbəkədə iki mühüm tarixin altını cızıb: 18 dekabr - Yaponiya Bankının faiz qərarı və 22 dekabr - Metaplanet səhmdarlarının 135 milyon dollarlıq maliyyələşmə planı üzrə səsverməsi.
Ekspertə görə, əgər Yaponiya Bankı sərt siyasətə keçsə və yen möhkəmlənsə, Bitcoin daha da ucuzlaşa bilər. Bu da Metaplanet-in səhmlərindəki premiumu əridərək maliyyələşmə səsverməsini çətinləşdirəcək. Əksinə, pul siyasəti yumşaq qalsa və yen zəifləsə, BTC sabit qaldığı təqdirdə şirkətin xilas şansı artır.
Metaplanet-in önəmi ondadır ki, Yaponiyada hələ Bitcoin ETF-i yoxdur və ölkədə investorların birjada BTC-yə çıxışı yalnız bu şirkət vasitəsilə mümkündür. Elə buna görə də, 2024-cü ildə Metaplanet-in səhmləri 4 000 faiz yüksəlmişdi, amma son bir ayda BTC-nin 30 faiz dəyər itirməsi hər şeyi alt-üst etdi.
Bir sözlə, kredit yükü riski daha da artırır: şirkətin zərəri bağlaması üçün Bitcoin-in ən azı 108 min dollara qalxması lazımdır. Modelin tam işləməsi üçün isə BTC 130 min dolları aşmalıdır. Qiymət 70 min dollardan aşağı düşərsə, Metaplanet əlavə təminat üçün aktiv satmağa məcbur qala bilər.
Ansləmin dediyi kimi, bu şirkət nə tam uğurdur, nə də tam iflas - sadəcə korporativ Bitcoin strategiyasının ən maraqlı təcrübəsi. Və həlledici an çox yaxındadır. Əslində bu sual hələ açıq qalır: Metaplanet bu sınaqdan necə çıxacaq?
Bu xəbəri necə dəyərləndirirsiniz?

