Meta AI unudun – “WhatsApp”da “ChatGPT” və “Perplexity” ilə çat indi aktivdir
“WhatsApp” artıq “ChatGPT” və “Perplexity AI” ilə birbaşa çat imkanı təqdim edir. Sadəcə əlaqə siyahısına əlavə etməklə süni zəka ilə yazışmağa başlaya bilərsiniz.

“WhatsApp”da “ChatGPT” və “Perplexity” ilə birbaşa yazışmaq artıq mümkündür
“TechRadar”-a istinadən “Mediahub.az” xəbər verir ki, “WhatsApp” istifadəçiləri artıq “ChatGPT” və “Perplexity AI” çatbotları ilə birbaşa yazışa biləcəklər.
İstifadə üçün sadəcə bu nömrələri kontakt siyahısına əlavə etmək kifayətdir: “Perplexity AI” üçün +1 (833) 436-3285, “ChatGPT” üçün isə +1 (800) 242-8478. Bundan sonra bu botlarla adi insan kimi yazışmaq mümkündür.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Perplexity” rəhbəri Aravind Srinivas bildirib ki, çatda cavablar, mənbələr və hətta şəkil generasiyası funksiyası da mövcuddur. Yeni funksiyalar tezliklə əlavə ediləcək.
Qeyd edək ki, “Meta” artıq “WhatsApp” tətbiqinə öz süni zəka düyməsini əlavə edib. Amma bəzi istifadəçilər bu funksiyanın daim görünməsindən narazıdır, çünki onu gizlətmək olmur.
Digər tərəfdən, “Perplexity” rəhbərinin istifadəçi məlumatlarının kommersiya məqsədilə toplana və satıla biləcəyini deməsi, bəzi istifadəçiləri ehtiyatlandırır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






