Maykl Seylor: “Bitcoin”un 20%-ni yalnız bir ölkə idarə edə bilər – o da ABŞ olmalıdır
Maykl Seylor hesab edir ki, ABŞ “Bitcoin”un 20%-ni alaraq həm dolları gücləndirə, həm də dövlət borcunu silə bilər. Əks halda, Çin və Rusiya üstünlük qazana bilər.

Maykl Seylor: “Bitcoin”un 20%-ni ABŞ idarə etməlidir – yoxsa Çin qazanacaq
“The Crypto Basic” yazır ki, “MicroStrategy” qurucusu Maykl Seylor ABŞ-ı “Bitcoin” şəbəkəsində dominant mövqeyə çağırıb.
O bildirib ki, yalnız bir ölkə “Bitcoin”un 20%-ni nəzarətə ala bilər və bu fürsəti ABŞ itirməməlidir. Onun fikrincə, bu addım dolları gücləndirə və hətta ölkənin 31 trilyon dollarlıq borcunu silə bilər.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Seylor “Bitcoin”i yalnız valyuta deyil, dəyişdirilə bilməyən rəqəmsal əmlak kimi təqdim edir. Onun sözlərinə görə, bu şəbəkə artıq "qaçış sürətinə" çatıb və pozulmazdır.
Plan nədir? ABŞ 12 ay ərzində 20%-lik “Bitcoin” payını ala bilər. Amma bunun üçün Ağ Ev, Konqres və siyasi dəstək şərtdir. Əks halda, Çin və Rusiya bu fürsətdən yararlana bilər.
O, “Bitcoin”in ABŞ-ın kiber məkanda liderliyini qorumaq üçün strateji silah ola biləcəyini də vurğulayıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?






