Mastercard kriptoda oyunu dəyişir - təsdiqlənmiş adlar artıq Polygon-da!
Mastercard Polygon-la birlikdə kripto köçürmələrini sadələşdirən təsdiqlənmiş istifadəçi adları sistemini istifadəyə verib. Yeni mexanizm öz-özünə qorunan cüzdanları daha rahat edir.
Mastercard Polygon-la təsdiqlənmiş istifadəçi adları sistemini işə saldı
«Coindesk» məlumatına görə, Mastercard kriptovalyuta köçürmələrini sadələşdirmək üçün yeni addım atıb: uzun və çətin cüzdan ünvanları əvəzinə təsdiqlənmiş istifadəçi adları dövriyyəyə gətirilir.
Şirkət bildirir ki, «Mastercard Crypto Credential» sistemi blokçeyn ünvanlarının yoxlanmasını standartlaşdırır və insanlar üçün daha oxunaqlı, insan adı kimi görünən ləqəblər yaradır. Bir sözlə, cüzdan ünvanını əzbərləmək dövrü bitir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bu mexanizmin arxasında iki tərəf var: Mercuryo təsdiqlənmiş adlarla köçürmələrə texniki dəstək verir, Polygon-un şəbəkəsi isə həmin ləqəbləri istifadəçinin onchain identitetinə bağlayır. Bəs bu yenilik nə verir? Kripto göndərmək adi ödəniş tətbiqlərinə bənzəyir - cüzdan detalları yox, sadəcə ad.
İstifadəçi öz cüzdanına unikallaşdırılmış ad bağlaya bilir və Polygon üzərindən token alaraq təsdiqlənmiş köçürmələri dəstəklədiyini göstərir. Bu, tətbiqlərə tranzaksiyaları daha təhlükəsiz yönləndirməyə imkan yaradır.
Kripto cüzdan ünvanlarının uzun və çətin olması yeni istifadəçilər üçün maneə yaratdığı üçün bazar illərdir QR kodlar və sadələşdirilmiş ad xidmətləri ilə bu problemi aradan qaldırmağa çalışırdı. Mastercard isə prosesi daha da sistemli hala gətirməyə cəhd edir.
Şirkətin blokçeyn və rəqəmsal aktivlər üzrə vitse-prezidenti Rac Dhamodharan bildirib ki, bu yanaşma rəqəmsal token köçürmələrinə etibar yaradır və dünyanın hər yerində istifadəçilər üçün daha intuitiv təcrübə təqdim edir.
Polygon-un şəbəkəsi yüksək sürət və aşağı komissiya ilə bu əməliyyatları emal edə bilir. Mastercard-ın açıqlamasına görə, sistem real ödəniş həcmlərini belə rahatlıqla daşıyacaq gücdədir.
Bu xəbəri necə dəyərləndirirsiniz?

