Maldiv adaları kriptovalyuta mərkəzinə çevrilə bilər – Dubaydan 9 milyard dollarlıq sərmayə
Maldiv adaları turizm və balıqçılıqdan asılılığını azaltmaq üçün Dubay ailə fondu ilə birgə 9 milyard dollarlıq “blockchain” maliyyə zonası yaradır.

Maldivlər kriptovalyuta mərkəzinə çevrilə bilər – Dubaydan 9 milyard dollarlıq sərmayə
“CoinDesk”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Dubayda yerləşən MBS Global Investments fondu Maldiv adalarında “blockchain” əsaslı maliyyə zonası yaratmaq üçün 8,8 milyard dollarlıq sərmayə ayırmağı planlaşdırır.
Sərmayə 5 il ərzində mərhələli şəkildə yönəldiləcək və Maldiv hökuməti ilə birgə yaradılan yeni tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihənin həcmi ölkənin 7 milyard dollarlıq ÜDM-indən də çoxdur.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Maldivlərin borc öhdəlikləri artmaqda davam edir. Bu layihə bizə maliyyə təzyiqlərini azaltmaqda kömək edə bilər,” – deyə maliyyə naziri Musa Zameer Financial Times-a bildirib.
Yeni qurulacaq Maldives International Financial Centre 830,000 m² sahəni əhatə edəcək, 6,500 nəfər üçün yaşayış, 16,000 nəfər üçün isə iş imkanı yaradacaq. Layihə əsasən rəqəmsal aktivlər və “blockchain” xidmətlərinə fokuslanan beynəlxalq azad maliyyə zonası olacaq.
MBS Global Investments fondu 14 milyard dollarlıq aktivlərə nəzarət edir və Qətərli şahzadə Nayef bin Eid Al Thani-yə məxsusdur. Bu təşəbbüs Maldivlərin ilk böyük kripto layihəsi kimi qiymətləndirilir.
Ekspertlər hesab edir ki, layihə uğurlu olarsa, Maldiv adaları yalnız turizm yox, həm də texnoloji investisiyalar üçün cəlbedici məkana çevrilə bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






