“LG” telefonları üçün yeniləmələr dayandırılır – serverlər 30 iyunda bağlanacaq
“LG” 30 iyunda smartfon yeniləmə serverlərini bağlayır. Bu tarixdən sonra cihazlara Android yeniləmələri və tətbiq yükləmələri mümkün olmayacaq.

“LG” smartfon yeniləmə serverlərini bağlayır – Android dəstəyi tamamilə dayandırılır
“Gadgets360”-a istinadən “Mediahub.az” xəbər verir ki, “LG Electronics” 2021-ci ildə mobil telefon bazarından çıxdıqdan sonra verdiyi son dəstək vədlərini də tamamlayır.
Şirkət 30 iyun 2025-ci il tarixində saat 12:00-da (Koreya vaxtı ilə) “LG FOTA”, “Update Centre” və “LG Bridge” serverlərini tamamilə bağlayacaq. Bu tarixdən sonra istifadəçilər nə yeni Android yeniləməsi yükləyə biləcək, nə də silinmiş sistem tətbiqlərini bərpa edə biləcəklər.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“LG” bildirib ki, bu xidmətlərlə bağlı toplanmış şəxsi məlumatlar da serverlərin bağlanması ilə dərhal silinəcək. Yalnız qanun və daxili qaydalar çərçivəsində saxlanıla bilər.
Ekspertlər xəbərdarlıq edir ki, köhnə “LG” telefonlarında təhlükəsizlik yeniləmələrinin olmaması zərərli proqramlara qarşı cihazı daha həssas edəcək. İstifadəçilərə mövcud yeniləmələri mümkün qədər tez quraşdırmaq tövsiyə olunur.
Xatırladaq ki, “LG” 2021-ci ilin aprelində mobil bazardan çıxacağını açıqlamış və resurslarını elektrikli nəqliyyat, süni zəka və ağıllı ev texnologiyalarına yönəldəcəyini bəyan etmişdi.
Bu xəbəri necə dəyərləndirirsiniz?






