“Kosmik Zombi” 60 ildən sonra səs verdi – sirli impuls nə idi?
2024-cü ilin iyununda Avstraliya radioteleskopları 30 nanosananiyəlik impuls tutub. Tədqiqatçılar “Relay 2” peykinin gözlənilməz səsini elektrostatik boşalma və mikrometeorit toqquşması ilə izah etməyə çalışır.
Sirli “kosmik zombi” 60 il sonra yenidən səs verdi!
“Fakt.pl”-ə istinadən “Mediahub.az” xəbər verir ki, 2024-cü ilin iyununda Avstraliyadakı radioteleskop şəbəkəsi 30 nanosananiyəlik sirli impuls tutub.
Araşdırmalar göstərib ki, siqnal Yer səthindən 4500 km yüksəklikdə orbitdə olan “Relay 2” peykinə məxsus imiş. Bu peyk 1964-cü ildə NASA tərəfindən buraxılıb, 1965-ci ilin sentyabrında misiyası bitdikdən sonra artıq passiv “kosmik artefakt” sayılırdı.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bu “ölü” sayılan peyk necə səs verdi? Bəs əslində nə baş verib?
İlk müəllif Clancy James, International Centre for Radio Astronomy Research (ICRAR)-dən, əlavə olaraq Marcin Glowacki (Edinburq Universiteti) araşdırmaya qatılıb. Onlar hipotez kimi elektrostatik boşalma və ya mikrometeorit toqquşmasını irəli sürür.
Təfərrüatlar arxiv.org-da dərc edilən məqalədə yer alıb – sirr hələ açılmayıb, amma kosmosun “zombilər”i yenidən oyandı!
Bu xəbəri necə dəyərləndirirsiniz?






