Kibercinayətkarlığa ağır zərbə: «Media Land» sanksiya altına düşdü!
ABŞ, Böyük Britaniya və Avstraliya «Media Land» hosting xidmətini kibercinayətkarlığa görə bağladı və rəhbərlərinə sanksiya tətbiq etdi.
«Media Land» bulletproof-hosting şəbəkəsi bağlanıb - beynəlxalq əməliyyat
«TechRadar» xəbər verir ki, qlobal hüquq-mühafizə orqanları bir neçə gün əvvəl «CrazyRDP» infrastrukturunu ələ keçirdikdən sonra daha bir bulletproof-hosting xidmətini - Rusiyada yerləşən «Media Land»i bağlayıblar.
ABŞ, Böyük Britaniya və Avstraliya qurumlarının məlumatına görə, «Media Land» müxtəlif ransomware hücumlarında, həmçinin digər kibercinayət fəaliyyətlərində istifadə olunub. Şirkətin infrastrukturu fişinqdən tutmuş zərərli proqram kampaniyalarına qədər geniş sahədə tətbiq edilirmiş. Hətta ABŞ şirkətlərinə və kritik infrastruktura qarşı DDoS hücumunda belə iştirak etdiyi bildirilir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi təşkilatı və onun rəhbərliyini sanksiya siyahısına salıb. Sanksiya tətbiq edilənlər arasında direktor Aleksandr Volosovik, ödənişləri idarə edən Kiril Zatolokin və hüquqi-maliyyə bölməsinə cavabdeh Yuliya Pankova var. Volosovikin «Evil Corp», «Black Basta» və «LockBit» kimi qruplarla əlaqələndirildiyi də açıqlanıb.
Bundan başqa, iyulda sanksiyalaşdırılıb, lakin adını dəyişərək yayınmağa çalışan «Aeza Group» və onun Böyük Britaniyadakı ört-basdır şirkəti «Hypercore» də hədəfə alınıb. Eyni zamanda Serbiya və Özbəkistanda fəaliyyət göstərən dəstək şirkətlərinə də sanksiyalar qoyulub.
ABŞ rəsmisi Con K. Hörli bildirib ki, bu tip hosting təminatçıları kibercinayətkarlara hücumlar üçün vacib baza yaradıb. Britaniyanın xarici işlər naziri İvette Kuper isə vurğulayıb ki, «kölgədə gizlənərək insanlara zərər verdiklərini düşünən cinayətkarlar yanılır».
Bu xəbəri necə dəyərləndirirsiniz?

