Keçmiş UFC döyüşçüsü Ben Askren ciyər köçürülməsindən sonra sağ qalma mübarizəsini paylaşdı
Keçmiş UFC və MMA döyüşçüsü Ben Askren ciyər transplantasiyası ilə bağlı paylaşımı ilə gündəmə gəldi. O, 4 dəfə kliniki ölüm keçirdiyini bildirib!

Ben Askren 4 dəfə kliniki ölüm keçirdi - həyatını ciyər transplantasiyası xilas etdi
“The Independent”-in məlumatına görə, keçmiş UFC və olimpiya güləşçisi Ben Askren ciddi sətəlcəm səbəbilə xəstəxanaya yerləşdirilib və ikiqat ciyər transplantasiyası əməliyyatı keçirib.
O, “Instagram”da paylaşdığı videoda 24 maydan 2 iyula qədər baş verənləri xatırlamadığını bildirib və həyat yoldaşı Emynin gündəliklərindən bu müddətdə baş verənləri öyrəndiyini deyib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Askrenin sözlərinə görə, iyun ayında süni tənəffüs aparatına qoşulub və 24 iyunda donor siyahısına salınıb.
“Heç nə xatırlamıram, tamamilə sıfır. Dörd dəfə ölmüşəm – ürəyim 20 saniyə dayanıb”, - deyə Askren açıqlayıb.
O, 45 günlük xəstəlik müddətində 50 funt (təxminən 22 kq) çəki itirdiyini də bildirib.
“Ən təsirli hissə isə o qədər sevgi hiss etməyim idi – elə bil öz dəfn mərasimimdə iştirak edirdim”, – deyə o bildirib.
40 yaşlı Askren Ayova ştatında doğulub, lakin əsasən Viskonsində yaşayır və orada gənclər üçün güləş akademiyası idarə edir.
O, Missuri Universitetində ardıcıl iki dəfə NCAA çempionu olub, 2008 Pekin Yay Olimpiadasında ABŞ-ı təmsil edib və daha sonra MMA döyüşlərinə keçib.
Askren 2019-cu ildə Demian Maya ilə döyüşdən sonra UFC-dən təqaüdə çıxsa da, 2021-ci ildə Ceyk Pol (Jake Paul) ilə boks döyüşündə birinci raundda texniki nokautla məğlub olmuşdu.
Bu xəbəri necə dəyərləndirirsiniz?






