Hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirilib - Press Reliz
Dövlət Vergi Xidməti hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirərək “Biznesə daxilolma” indikatoru üzrə islahatları müzakirə edib - Press Reliz.
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)
Hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirilib - Press Reliz
Dövlət Vergi Xidməti tərəfindən hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə onlayn görüş təşkil olunub. Görüşdə “Biznesə daxilolma” indikatoru üzrə islahatlar müzakirə edilib - Press Reliz.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru” üzrə həyata keçirilən islahatların təşviqi və ictimai iştirakçılığın gücləndirilməsi məqsədilə 2025-ci il üçün Yol Xəritəsi çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilir.
Növbəti belə tədbir aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri və sahə üzrə ekspertlərlə onlayn formatda keçirilib. Görüşdə təqdimatla çıxış edən Dövlət Vergi Xidmətinin əməkdaşı Aynur Hacıyeva “Biznesə daxilolma” indikatoru üzrə islahatların istiqamətləri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən və DVX-nin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu tərəfindən görülmüş işlər, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mexanizmlərində sadələşdirmə və şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Təqdimatdan sonra interaktiv müzakirələr aparılıb. Xüsusilə benefisiar mülkiyyətçiliklə bağlı müzakirələr zamanı qeyd olunub ki, bu məsələyə dair may ayında qanunvericiliyə edilmiş mühüm dəyişikliklər qüvvəyə minib. Hər bir hüquqi şəxs öz benefisiar mülkiyyətçisini (eləcə də xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı, müvafiq olaraq, xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisini) dürüst, dəqiq və yenilənmiş şəkildə tanımalı, bu barədə təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı və qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada təqdim etməlidir. Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə “benefisiar mülkiyyətçi” anlayışı təsbit olunub, qeydiyyat zamanı hüquqi şəxslərin benefisiar barədə ətraflı məlumat (adı, şəxsiyyəti təsdiq edən sənədi, vətəndaşlıq, payın xarakteri və s.) verməsi, dövlət orqanlarının yoxlama və məlumat mübadiləsi imkanlarının artırılması müəyyən edilib, mövcud hüquqi şəxslər üçün keçid müddətləri təyin olunub.
Bu dəyişikliklər hüquqi şəxs və benefisiar məlumatlarının şəffaf şəkildə dövlət qeydiyyatına daxil olunması və gələcəkdə beynəlxalq hesabatlılıq meyarlarına uyğunluq baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə, həmçinin, xidmət mərkəzlərində inzibati prosedurlarla bağlı təkliflər səsləndirilib. Tədbir iştirakçıları tərəfindən belə görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
Mənbə: https://www.taxes.gov.az/az/post/4179
Bu xəbəri necə dəyərləndirirsiniz?

