HMRC-dən xəbərdarlıq: 65 min kriptoinvestor vergi təftişi ilə üz-üzə

Böyük Britaniyada HMRC 65 min kriptoinvestora xəbərdarlıq məktubu göndərib. Kripto gəlirlərinin gizlədilməsi ilə mübarizə yeni mərhələyə keçir.

22.10.25 - 09:25
 0  2
HMRC-dən xəbərdarlıq: 65 min kriptoinvestor vergi təftişi ilə üz-üzə
HMRC-nin kriptovergilər üzrə yeni nəzarət kampaniyasına dair illüstrasiya @coinpedia.org

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

HMRC Böyük Britaniyada 65 min kriptoinvestora xəbərdarlıq məktubu göndərdi

«Coinpedia» xəbər verir ki, Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi - HMRC, 2024-25-ci maliyyə ilində 65 min kriptoinvestora vergi xəbərdarlığı göndərib. Bu isə ötən ildəkindən iki dəfə çoxdur.

Hazırda hökumət gizlədilmiş rəqəmsal aktiv gəlirlərinə qarşı ciddi nəzarət mərhələsinə qədəm qoyub. HMRC-nin göndərdiyi bu «yumşaq xəbərdarlıq» məktubları investorları rəsmi araşdırmalardan əvvəl öz vergi bəyannamələrini düzəltməyə təşviq edir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Son dörd il ərzində 100 mindən çox belə məktub göndərilib. Vergi ekspertləri bildirirlər ki, bir çox investorlar hətta bir kriptodan digərinə keçidin də vergiyə cəlb oluna biləcəyini anlamır. UHY Hacker Young şirkətindən Nila Çauhan deyib: «Kripto ilə bağlı vergi qaydaları kifayət qədər mürəkkəbdir».

HMRC indi əsas kriptobirjalardan əməliyyat məlumatlarını birbaşa alır. 2026-cı ildən etibarən isə OECD-nin Crypto-Assets Reporting Framework (CARF) mexanizmi ilə qlobal şəkildə mübadilə məlumatlarına çıxışı olacaq. Bu sistem vergi orqanlarına sərhədlərarası əməliyyatları izləməyi asanlaşdıracaq.

Bütün bunlar fonunda kriptovalyutaya sahib olan britaniyalıların sayı da artır - FCA-nın hesablamalarına görə, artıq 7 milyon yetkin şəxs kriptoaktiv tutur.

Oxşar tədbirlər digər ölkələrdə də güclənir. ABŞ-da kiçik kripto əməliyyatlarının vergidən azad olunması müzakirə olunur. Cənubi Koreyada isə vergi orqanları hətta «soyuq cüzdanlarda» saxlanan kriptoaktivlərin borcluların əmlakı kimi müsadirə edilə biləcəyini bildiriblər.

Bir sözlə, kripto dünyasında şəffaflıq tələbləri artır, hökumətlər isə bu dəfə işi zarafata salmaq niyyətində deyil.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.