Hindistan Pakistana hücum etdi – Donald Tramp: “Bu, gözlənilən idi”
Hindistanın Pakistana qarşı hərbi əməliyyatından sonra Donald Tramp insidentin “gözlənilən” olduğunu bildirdi. Çin isə hər iki tərəfi təmkinə dəvət etdi.

Hindistanın Pakistana hücumu Trampın və Çinin reaksiyasına səbəb oldu
“Polsat News”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Hindistanın Pakistana qarşı hərbi əməliyyatı dünya liderlərinin sərt reaksiyasına səbəb olub.
ABŞ-ın sabiq prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında bildirib: “Düşünürəm ki, insanlar keçmişə əsaslanaraq bunun baş verəcəyini bilirdilər. Onlar çoxdandır, əslində əsrlərdir döyüşürlər. Ümid edirəm ki, bu tezliklə sona çatacaq.”
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Hindistanın Müdafiə Nazirliyi bildirib ki, əməliyyat terror infrastrukturlarına qarşı yönəlib və hərbi obyektlər hədəf alınmayıb. Pakistan tərəfi isə 8 nəfərin həlak olduğunu, 40-dan çox insanın yaralandığını, həmçinin Hindistana məxsus 5 hərbi təyyarənin vurulduğunu açıqlayıb.
Çin XİN isə Hindistanın hücumlarını “təəssüf doğuran” adlandırıb və tərəfləri sakitliyə çağırıb. Rəsmi Pekin həmçinin vurğulayıb ki, Çin terrorizmin bütün formalarına qarşıdır və regionda sabitliyin qorunmasını prioritet hesab edir.
Hindistan və Pakistan arasında gərginlik əsasən Kaşmir bölgəsinə nəzarət uğrunda baş verir. Hər iki ölkə nüvə silahına malikdir və regionda sabitlik üçün onların münasibətləri xüsusi əhəmiyyət daşıyır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






